İran Hörmüz boğazının açılması üçün yeni şərtlər irəli sürüb.
Bu şərtlərə əsasən, Körfəzə Amerika və İsrail gəmiləri girə bilməz. Eyni zamanda, Körfəzə gəmilər İrana aid şimal dəhlizdən girəcək, Omana aid cənub dəhlizindən çıxacaq. İran körfəzinə girən gəmilərə İran nəzarət edəcək, çıxan gəmilərə isə İranla Oman birgə nəzarət edəcəklər.
İranın daha bir şərti gəmilərin üzərinə məsuliyyət qoyur. Belə ki, yuxarıda göstərilən şərtləri hansısa gəmi pozarsa, daşıdığı yükün 20 faizi qədər rüsum ödəməli olacaq.
İranın yeni şərtlərinə hələlik ABŞ münasibət bildirməyib.
SAMİRƏ