Bazar ertəsi günü, 09 noyabr 2026
     

AB-nin yeni səfiri İlham Əliyevə söz verdi - minalara qarşı dəstək yetərli olub?

Image


İbrahim Rüstəmli: “...Dəstək daha da gücləndirilməlidir”

Prezident İlham Əliyev oktyabrın 16-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyundziçin etimadnaməsini qəbul edib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında bir sıra məsələlərə, enerji, nəqliyyat sahələrində uğurlu əməkdaşlığa toxunulub. Mariyana Kuyundziç Avropa İttifaqının ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana dəstəyini davam etdirəcəyini bildirib.

Bu dəstəyi hansı formalarda gücləndirmək olar? İndiyədək verilən dəstək yetərli oldumu?

“Aİ bu məsələdə Azərbaycana əvvəlkindən daha çox yardım göstərə bilər”

Hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə bildirdi ki, ölkəmizin ərazilərinin minalardan təmizlənməsi prosesinə beynəlxalq dəstək var. “Azərbaycan mina əleyhinə təşkilatın üzvü olaraq o təşkilatdan, eləcə də ayrı-ayrı dövlətlərdən dəstək alır. Bizim üçün bu dəstəyin çox böyük əhəmiyyəti var. Çünki mina problemi bütün dövrlərin narahatedici problemidir.

Birinci Dünya müharibəsi 1914-cü başlayıb, 1918-ci ildə başa çatıb. Üstündən yüz ildən çox zaman keçməsinə baxmayaraq, bir sıra Avropa ölkələrində, eləcə də Fransada Birinci Dünya müharibəsindən qalan minaların təhlükə yaratması, insanların həyatı üçün risq yaratması faktı da günümüzün reallığıdır. Bu problem hələ də yaşanır. Mina problemi təkcə insan üçün deyil, həmçinin təbiət üçün də çox ciddi problemlər yaradır.

Xüsusilə ermənilərin Azərbaycan ərazisində basdırdıqları minalarla bağlı bizə verilən xəritələrin əksəriyyətində məlumatların üst-üstə düşməməsi ölkəmiz üçün ciddi problem yaradıb. İnsanlarımız minaya düşüb həyatlarını itirirlər, ömürlük şikəst qalırlar. Son vaxtların ağrılı hadisələrindən biri bizim vətənpərvər qardaşımız Xanının minaya düşərək həyatını itirməsi oldu. Yəni o, sonuncu qurban deyil. Ona görə də, Azərbaycan ərazilərinin minalardan təmizlənməsi prosesində həm Avropa İttifaqı (Aİ), eləcə də ayrı-ayrı dövlətlər, qardaş Türkiyə səviyyəsində bizə yardımlar göstərilməlidir. Bu istiqamətdə dəstəyin daha da artırılmasına ciddi ehtiyac var. Bu məsələdə dəstək daha da gücləndirilməlidir, çünki bu təkdə Azərbaycanın deyil, bütün bəşəriyyətin, insanlığın problemidir.

Nə qədər güclü dəstək olsa da, minaların hamısını sıfır həddinə qədər zərərsizləşdirmək mümkün deyil. Yəni elə təhlükəli bir sursatdır ki, onu zərərsizləşdirməsən, o səni “zərərsizləşdirəcək”. Bu mənada Aİ-nin Azərbaycan ərazisinin minlardan təmizlənməsi prosesində daha yaxından iştirakına böyük ehtiyac var. Fikrimcə, Aİ bu məsələdə Azərbaycana əvvəlkindən daha çox yardım göstərə bilər”.

Torpaqlarımızın işğalda olduğu dövrü xatırlayan İ.Rüstəmli qeyd etdi ki, Azərbaycanın ərazi bütövlüyü Ermənistan istisna olmaqla bütün dünya birliyi tərəfindən tanınırdı, Aİ-də, BMT-də müxtəlif qətnamələr qəbul edib, bəyanatlar səsləndirirdilər, amma ortada bir nəticə yoxdur. İ.Rüstəmli vurğuladı ki, Azərbaycan ATƏT-in Minsk qrupunun, BMT-nin və başqa beynəlxalq təsisatların görməli olduğu işi təkbaşına həyata keçirib torpaqlarını işğaldan azad etdi, amma mina məsələsi çox ciddi problem olaraq qalır. “Bu, Azərbaycan üçün çox narahatedici bir faktdır. Ermənilər ərazilərimizi tərk edərkən əllərində olan minaları hara gəldi, necə gəldi basdırıb çıxıb gediblər. Necə ki, evlərimizi, meşələrimizi qırıb, yandırıb gedirdilər, eləcə də Ermənistanda istehsal olunan beynəlxalq konvensiyalarla qadağan olunmuş minaların Azərbaycan ərazisində basdırılmasını həyata keçiriblər. Bu, pərakəndə şəkildə mina basdırılması idi. Onun xəritəsi bizdə yoxdur. Onların verdiyi xəritələr zamanında basdırılmış və özlərindəki xəritələrdə qeydə alınmış minalardır. Amma onlar gethagetdə Azərbaycana, xalqımıza kin-küdurətlərini ifadə etmək məqsədilə ərazilərimizdə necə gəldi, hara gəldi minalar basdırdılar. Onların da xəritələri yoxdur. Ona görə də, mina problemi Azərbaycan üçün aktual problemdir və bu problemin həllində Aİ-nin köməyinə çox böyük ehtiyacımız var. Hesab edirəm ki, Aİ nümayəndəsinin vədindən sonra bu qurum Azərbaycana yardımlarını daha da artıracaq. Burda söhbət təkcə maliyyə vəsaitindən getmir, həm də texniki dəstəkdən gedir. Müasir hərb sənayesində mina əleyinə yüksək səviyyəli texnikalar yaradılıb, bu texnikaların Azərbaycana gətirilməsi, onların iş mexanizminin öyrənilməsi, insan faktorunun minaların təmizləməsində azaldılmasını həyata keçirmək üçün çox önəmlidir. Bu texnikalar insan həyatı üçün risq yaratmır. İstehkamçıların minaları zərərsizləşdirməsi bütün hallarda risqli prosesdir. Amma mina əleyhinə müasir texnikaların fəaliyyətində bu risq sıfıra qədər aşağı düşür. Ona görə də, Aİ-nin bu məsələdə Azərbaycana çox böyük köməyi dəyə bilər”.

İ.Rüstəmli deyir ki, həm mütəxəssislərin yetişdirilməsi, həm mina zərərsizləşdirən istehkam texnikalarının verilməsində, cihazlarla təminatda və sair məsələrdə Aİ bizə daha yaxından kömək göstərə bilər. “Mənə elə gəlir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Aİ-nin Azərbaycandakı yeni nümayəndəsi ilə görüşü Azərbaycanla Aİ arasında xüsusilə bu sahədə yeni bir mərhələnin başlanğıcına çevriləcək, Azərbaycan ərazilərinin minalardan təmizlənməsi istiqamətində əsaslı dönüş yaradacaq”-deyə İ.Rüstəmli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ