Ermənistan və ABŞ “Beynəlxalq sülh və tərəqqi üçün Tramp marşrutu” layihəsinin məzmunu ilə bağlı ətraflı müzakirələr aparırlar.
Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə jurnalistlərə açıqlamasında deyib. Paşinyanın sözlərinə görə, hər şey əvvəlcədən detallı şəkildə müzakirə olunmalı, layihələndirilməli və yalnız bundan sonra icra olunmalıdır.
“Hazırda biz “Tramp marşrutu” layihəsinin mətni üzərində işləyirik. Masada artıq elementlər var və biz onları yekunlaşdıraraq vahid sənəd formasına salmalıyıq”, - deyə baş nazir vurğulayıb.
ZÜMRÜD