Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonenin ATƏT-in fəaliyyətdə olan sədri kimi Gürcüstana səfərindən narahatlığını bildirib və ATƏT Katibliyinə, eləcə də iştirakçı dövlətlərə etiraz notası ünvanlayıb.
Gürcüstan XİN-dən bildirilib ki, səfər çərçivəsində Valtonen proqramına əlavə kimi hökumət əleyhinə olan fəalların təşkil etdiyi kiçik küçə etirazına qatılıb və Gürcüstandakı mövcud vəziyyətlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdi yer alan bəyanat verib.
Xarici İşlər Nazirliyi qeyd edir ki, Valtonenin bu hərəkətləri ATƏT çərçivəsində əməkdaşlıq ruhuna ziddir və fəaliyyətdə olan sədrin mandatından sui-istifadə kimi qiymətləndirilə bilər. Bu da ATƏT sədrinə etimadı və gözlənilən neytrallığı sarsıdır.
“Bu hərəkətlər Helsinki Yekun Aktında, BMT qətnamələrində və ATƏT-in qayda və prosedurlarında əksini tapan beynəlxalq hüququn prinsipləri ilə uzlaşmır və Gürcüstanın suverenliyinə hörmətsizlik kimi qiymətləndirilir”, - deyə XİN-in məlumatında vurğulanır.
ZÜMRÜD