şənbə günü, 17 oktyabr 2026
     

Ərdoğan İsraili hədələdi - “atəşkəsi pozsa...”

Image


Məhərrəm Zülfüqarlı: “…Embarqolar qoyula, dövlətlərin təzyiqi ola bilər”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdən qayıdarkən təyyarədə yerli medianın suallarını cavablandırarkən bildirib ki, Qəzzada atəşkəs qorunmalıdır. Ərdoğan deyib ki, Qəzzadakı atəşkəsin davamlı olması və pozuntuların baş verməməsi ən vacib məsələdir.

“İsrailin keçmişdə atəşkəsi pozmaq təcrübəsi ehtiyatlı və diqqətli olmağı tələb edir. Türkiyə, ABŞ və digər ölkələr atəşkəsin qorunmasına qətiyyətlə dəstək verir və vəziyyət yenidən gərginləşsə, bunun ağır nəticələri olacağını İsrail özü də bilir. Keçmişdə bir çox razılaşmalar kağız üzərində qalmışdı, amma indi daha güclü və ortaq iradə mövcuddur”- deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, bu həftənin əvvəlində Misirdə Amerika, Misir, Türkiyə və Qətər Qəzza üzrə “Daimi sülh üçün Tramp bəyannaməsi”imzalayıblar.

İsrail atəşkəsi pozsa, Türkiyə, Amerika, Qətər ona nə edəcək? Nə kimi tədbirlər görəcəklər?

“Digər üç dövlət də bu məsələyə Türkiyə kimi münasibət bəsləməli, atəşkəsi pozan tərəfə indidən öz iradəsini nümayiş etdirməlidir ki, o buna cəsarət etməsin”

Tarix elmləri doktoru, professor, siyasi ekspert Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, Yaxın Şərqdə atəşkəsin élan olunması çox böyük uğurdur, amma belə atəşkəslər müasir tarixdə az olmayıb. “Öz təcrübəmizdən çıxış edərək bildirmək istəyirəm ki, Azərbaycanla Ermənistan arasında uzun müddət atəşkəs olmasına baxmayaraq, Ermənistan tərəfi dəfələrlə atəşkəsi pozdu. Ona görə də çalışmalıyıq ki, bu məsələləri təhlil edərkən münasibəti obyektiv qiymətləndirək. İlk növbədə Yaxın Şərq problemi, İsrailin yaranması, Fələstin dövlətinin yaradılmasına imkan verilməməsi kimi məsələləri təhlil edəndə baxırıq ki, burda böyük dövlətlərin maraqları var. Baxmayaraq ki, böyük dövlətlər müxtəlif tədbirlərdə müxtəlif sözlər deyirlər. Elə Ermənistan-Azərbaycan məsələsində ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiya, ABŞ və Fransanın nümayəndələri idi, üçü də problemin həllində maraqlı deyildi. Amma diplomatik danışıqlarda həmişə qeyd etməyə çalışırdılar ki, guya bunlar sülhün əldə olunmasını, problemin həllini istəyirlər. Ona görə də Ərdoğanın fikri ilə tam razılaşmaq lazımdır ki, istənilən vaxt bu kövrək atəşkəs pozula bilər. Bu səbəbdən də mövcud atəşkəsə qarant duran dövlətlər İsraili atəşkəsi pozmaqdan çəkindirsinlər ki, atəşkəs uzunömürlü olsun”.

M.Zülfüqarlının fikrincə, burda narahatlıq doğuran məsələlərdən biri Fələstini müstəqil dövlət kimi bir çox ölkələrin tanımamasıdır. Professorun sözlərinə görə, əgər doğrudan da tam atəşkəs istənilirsə, 1948-ci ildə yaranmış İsrail və yaradılmasına imkan verilməyən Fələstin məsələsinin həllinə diqqət edilməlidir. “Əgər Fələstin əksər ölkələr tərəfindən müstəqil dövlət olaraq tanınarsa, İsrail də bunu qəbul edərsə, onda bəli, artıq Yaxın Şərqdə möhkəm, dayanıqlı sülhün olacağına əmin olmaq olar. İndi problemlər çoxdur. Bunlar narahatlıq doğuran məsələlərdir. Türkiyə Prezidentinin də narahatlığı bundan doğur. Mənə belə gəlir ki, əgər digər dövlət rəhbərləri də verdikləri sözlərin üstündə dursalar atəşkəs uzunömürlü olacaq. Biz də ümid edək ki, bu proses belə də davam edəcək və Yaxın Şərqdə sülhə nail olunacaq”-deyə M.Zülfüqarlı qeyd etdi.

M.Zülfüqarlının sözlərinə görə, o sənədi imzalayan dövlətlər, xüsusən də ABŞ həqiqətdən atəşkəsin möhkəm olmasını istərsə, yəqin ki, İsrail buna cəhd etməyəcək. “Müxtəlif dövlətlərin təcrübəsində görmüşük, əgər atəşkəs pozulursa, bu ayrı-ayrı bəhanələrlə edilir. Adətən atəşkəsi pozan günahı qarşı tərəfin üstünə atır. Buna nəzarət etmək bir qədər çətin olur. Əgər İsrail atəşkəsi pozmağa cəhd edərsə, yəqin ki, bəhanələri də çox olacaq. İsrailə qarşı hansı tədbirlər görülməsi məsələsi də müəmmalıdır. Amma hər halda, imzasına hörmət edən dövlət çalışar ki, bunun qarşısı alınsın. İsrail buna cəsarət edərsə, bu təkcə onun öz cəhdi, cəsarəti olmayacaq, əlbəttə ki, onun arxasında böyük güclər dayanacaq. Çalışacaqlar ki, müxtəlif bəhanələrlə bunu qarşı tərəfin üstünə atsınlar. Ona görə də hansı addımların atılacağını demək çətindir. Adətən belə deyirlər ki, belə olarsa İsrailə qarşı embarqolar qoyula, dövlətlərin təzyiqi ola bilər. Amma dəfələrlə görmüşük, Ermənistan atəşkəsi pozub günahı qarçı tərəfin üstünə atıb, bəhanələrlə məsuliyyətdən yayınıb və buna da böyük dövlətlər göz yumub”.

“Qəzzada atəşkəsin pozulmaması, sülhün bərqərar olması arzuolunandır” – deyən M.Zülfüqarlı qeyd etdi ki, sülhün gələcəyinin kövrək, yaxud uzunömürlü olacağı barədə yalnız ehtimallar irəli sürmək olar. “İsrail buna cəhd və cəsarət edəcəksə, bu tək İsrailin addımı olmayacaq, bunun arxasında digər güclər də olacaq. Çünki regional münaqişələr heç də həmin ölkələrin özlərinə aid olmur, onları idarə edən böyük dövlətlər və güclər olur. Onlar, xüsusən də silah istehsal edən şirkətlər bu münaqişələrdən böyük gəlir götürürlər. Münaqişə olmayanda özləri yaradır.

Uzunmüddətli problemlərdən biri Yaxın Şərq məsələsidir, sülh əldə olunubsa, bunu alqışlamaq lazımdır. Həmin dövlətlər də özlərinə hörmət edirlərsə, bu sülhün möhkəm olmasına çalışmalıdır. Türkiyə burda səmimi dövlət kimi bilavasitə öz münasibətini bildirir. Digər üç dövlət də bu məsələyə Türkiyə kimi münasibət bəsləməli, atəşkəsi pozan tərəfə indidən öz iradəsini nümayiş etdirməlidir ki, o buna cəsarət etməsin”-deyə M.Zülfüqarlı əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ