İsraildə təmaslarını başa vuraraq Misirə gedən ABŞ prezidenti Tramp Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə birlikdə Şarm əl-Şeyx şəhərində Sülh Sammitinin keçiriləcəyi Beynəlxalq Konfrans Mərkəzində keçirib.
Qəzza müzakirələrində ikinci mərhələnin başladığını deyən Tramp sammitə 35 ölkənin dəvət edildiyini bildirib: “Bütün əsas liderlər buradadır. Əmirlər, krallar, hər kəs işinə davam edir. 35 ölkə dəvət etdik, hamısı da gəldi. Böyük irəliləyiş əldə edilib...
Söhbət bu bölgənin tamamilə dəyişdirilməsindən gedir. Bizim çox bacarıqlı tərəfdaşlarımız var. Bu gün, dünyanın ən önəmli günlərindən biridir, son 100 ilin ən önəmli günüdür.
Girovlar qayıdıb, növbəti addımlar atılır, biz hələ də ölənləri axtarırıq. Bir neçəsinin yerini bilirlər. Onlardan 5-6-sını tapdıq. Ərazidə hələ də meyitlərin axtarışı davam edir. Daha çoxunu tapacağımıza inanırıq. İkinci mərhələ başlayıb. Bu mərhələlər əslində bir qədər bağlıdır. Qəzzada çoxlu təmizləmə işləri aparmalıyıq. Burada dağıntılardan danışırıq. Qazmağımız gərəkən, araşdırmalı olduğumuz çoxlu dağıntılar var. Biz çox güclü şəkildə irəliləyirik. Biz dünyanın ən zəngin ölkələri ilə əməkdaşlıq edirik. Bütün əsas liderlər buradadır. Əmirlər, krallar, hamı çox həvəslə işləyir. 35 ölkə! Biz cəmi 35 ölkəni dəvət etmişik. Və dəvət etdiyimiz hər kəs gəlib”.
TAHİR