Serbiya prezidenti Aleksandar Vuçiç Rusiyanın təbii qazla bağlı təklifindən məyus olduğunu bildirib. Vuçiçin sözlərinə görə, Belqrad üç il və ya daha çox müddətə müqavilənin bağlanacağını gözləyirmiş, lakin Moskva yalnız 2025-ci ilin sonuna qədər qüvvədə olan müqavilə təklif edib.
Vuçiç ölkəsinin dostluq münasibətlərini qorumaq üçün arbitrajdan və digər tədbirlərdən bilərəkdən çəkindiyini vurğulayaraq, Rusiyanın yanaşmasının Serbiyanın gözləntilərilə uyğunlaşmadığını bildirib.
Serbiyan prezidenti Putinlə sentyabrda apardığı danışıqlarda çevik təchizat şərtləri, sərfəli qiymətlər və qaz həcmlərinin artırılması tələblərini dilə gətirdiyini, lakin Moskvanın təklifinin “məyusedici” cavab olduğunu bildirib.
Vuçiç bəyan edib ki, müqavilənin 2025-ci ilə qədər məhdudlaşdırılması, sanksiyaya məruz qalan Serb enerji şirkəti NIS-in milliləşdiriləcəyi təqdirdə, dekabrın 31-dən etibarən qaz nəqlinin dayandırıla biləcəyi mesajını verir.
Vuçiç yaxın günlərdə Rusiya energetika nazirinin müavini Pavel Sorokin və “Qazprom Neft”in prezidenti Aleksandr Dyukovla görüşəcəyini bildirərək, böhrandan çıxmaq üçün Moskvaya uyğun həll yolları təklif edəcəyini, ancaq bunların qəbul olunmaya biləcəyini də bildirib.
TAHİR