Bazar günü günü, 18 oktyabr 2026
     

Dünya üçün yeni təhdidlər var - erməni ASALA terroru da fəallaşa bilər...

Image


“ASALA-dan və digər terror təşkilatlarından Ermənistandakı revanşist qüvvələrin istifadə etmək ehtimalı mümkündür”

Prezident İlham Əliyev "Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib ki, müxtəlif bölgələrdə silahlı toqquşmaların baş verməsi humanitar böhranlara, texnogen qəzalara, ekoloji fəlakətlərə zəmin yaradır: “Eyni zamanda beynəlxalq müstəvidə münaqişələrin alovlanması, terrorçu təşkilatların yenidən fəallaşması, eləcə də kibertəhdidlərin artması müşahidə olunur...”

Prezident müraciətində terrorçu təşkilatlarının yenidən fəallaşdığını da vurğulayıb.

ASALA terroru da yenidən fəallaşa bilərmi?

“Ermənilərin bütün terror təşkilatları indi də fəaldır”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, dünyada gərgin qarşıdurma hökm sürür, hər kəs öz istəklərini güc yolu ilə həyata keçirməyə çalışır. “Bir yandan Rusiyanın Ukraynaya qarşı müharibəsini, İsrailin Qəzzada həyata keçirdiklərini terror aktları kimi də dəyərləndirmək olar. Dünyanın müxtəlif yerlərində təhlükəli vəziyyət yaranıb. Ən təhlükəli məsələdə odur ki, dövlətlərin arasında qarşıdurma var idi, müəyyən maraqlar uğrunda mübarizə gedirdi. Amma indi onu açıq güc müstəvisinə çevirirlər. Bu çox təhlükəlidir və təbiidir ki, bu cür qarşıdurmada terror təşkilatlarından istifadə edirlər. İndən sonra bu proses yüksələn xətt üzrə gedəcək, daha çox terror qrupları bu prosesə cəlb olunacaq, yeni terror qrupları da yaradılacaq. Ona görə də Azərbaycan Prezidentinin diqqəti bu məsələyə yönəltməsi qətiyyən təsadüfi deyil. Prezident İlham Əliyev reallıqları, faktları nəzərə alaraq bu mövedən çıxış edir. Bu təhlükəli tendensiyanın qarşısının alınması ilə bağlı dünya birliyinə, böyük dövlətlərə öz mesajlarını, xəbərdarlıqlarını göndərir. Terror təşkilatları adi bir proseslə yaranmayıb, onların hamısının arxasında bu və digər dövlətlər dayanıb. Bu terror təşkilatlarından o dövlətlər öz maraqları üçün istifadə ediblər. İstər PKK, istər ASALA, istərsə də digər terror təşkilatları olsun, hamısı xüsusi məqsədlə yaradılıb. Kürd adı ilə yaradılan terror təşkilatları böyük hesabla kürdlərin yox, onları yaradanların maraqlarına xidmət edib. PKK-nı Türkiyəyə qarşı yönətmişdilər, onun arxasında SSRİ deyilən Sovet imperiyası dayanırdı. Kürdlərin maraqlarına da bunun heç bir dəxli yox idi. Kürdlər də yavaş-yavaş bunu başa düşürülər. Keçən əsrin 70-ci ildə erməni terror təşkilatları yaradılırdı. Bu terror təşkilatlarının arxasında Sovet imperiyası və bəzi Qərb dövlətləri, eləcə də Amerika dayanırdı. İŞİD, Əl-Qaidə və digər terror təşkilatları, eləcə də başqa terror qruplaşmaları ilə bağlı məsələlər, artıq aydındır ki, bunlar böyük dövlətlər tərəfindən yaradılmışdı. Bu terror təşkilatlarından öz maraqlarını həyata keçirmək üçün istifadə edirdilər.

Erməni terror təşkilatları da həmçinin o dövlətlərinin maraqlarına xidmət edir. Keçən əsrin 70-80-ci illərində bir neçə erməni terror təşkilatı yaradıldı. Onlardan biri də ASALA erməni terror təşkilatı idi ki, o da əsasən Qərb dövlətlərindən və keçmiş SSRİ-dən maliyyələşirdi. Türkiyəyə qarşı XXI əsrdə də erməni terror təşkilatları yaratmağa başladılar. Onların içində ən “fəallarından” biri “Apostol” təşkilatı idi. Bu terror təşkilatı Azərbaycanda və Türkiyədə terror aktları törətməyi qarşısına məqsəd qoymuşdu. Eyni zamanda adı tez-tez hallanan “VOVA” terror təşkilatları da son illər yaradılıb və sosial şəbəkələr üzərindən Türkiyəyə və Azərbaycana qarşı aqressiv şüarlar səsləndirir, hansısa hərəkətlər edəcəklərini bildirirlər. Bu da var. Ermənilərin bütün terror təşkilatları indi də fəaldır. ASALA keçən əsrin 70-ci illərində yarandı. Bu terror təşkilatı əsasən Türkiyə diplomatlarına qarşı fəaliyyət göstərirdi. Fransanın “Orli” hava limanında çox faciəli bir partlayış törətdilər. Bu terror aktlarının da hamısında məqsəd Türkiyəni hansısa istiqamətdə nəyəsə məcbur etmək idi. Adını qoyurdular ki, guya “genosidin” “qəbul olunmasını” istəyirlər. Onlar unudurdular ki, o cür utopik məqsədlərə belə terrorla çatmaq mümkün deyil. Ona görə də zamanla fəaliyyətləri səngiyirdi. Keçən əsrin 90-cı illərində, demək olar ki, onların bu prosesi ləngidi. ASALA hərdənbir səsini çıxarır, amma keçən əsrin 90-cı illərindən bəri, demək olar ki, fəaliyyəti yox dərəcəsindədir”.

A.Nağı qeyd etdi ki, XX əsrin sonlarında bu təşkilat bəzən üzə çıxırdı və əsasən Türkiyəyə qarşı bəyanatlar verirdi, Türkiyəni qondarma “soyqırımı” tanımağa məcbur etmək, ayrı-ayrı dövlətlərin bu “genosidi” tanımasına nail olmaq istəyirdilər. “İndiki dövrdə ASALA bir alət kimi qalır, onun ləğv olunması ilə bağlı qərar yoxdur. “AOD” adlı erməni terror təşkilatı da var. O da ehtiyatda dayanır. Yəni heç bir terror təşkilatını silib kənara atmırlar, ləğv etmirlər. O terror təşkilatlarını kimlər ki yaradıb, bu gün də onlardan istifadə etmək üçün müəyyən məqam gözləyirlər.

ASALA-dan və digər terror təşkilatlarından Ermənistandakı revanşist qüvvələrin istifadə etmək ehtimalı mümkündür. Ermənistanın daxilində müəyyən proseslər gedir, onlar bu təşkilatlardan istifadəyə meyl edə bilərlər. Cənubi Qafqazda sabitliyi pozmaqda maraqlı olan dövlətlər var ki, onlar da bu prosesə dəstək verə bilərlər ki, yenidən erməni terror təşkilatları fəallaşsın. Ola bilər ki, Cənubi Qafqazda nə isə planlaşdırsınlar, ilk növbədə Azərbaycana və Ermənistan ərazisində indiki hakimiyyətə qarşı hansısa aktlara əl atmaq məqsədi güdsünlər. Bu təhlükə var. Azərbaycan rəhbərliyi də yəqin ki, bunu görür. Yəni Prezident Əliyev təsadüfi açıqlama verməz. Onların qarşısını almaq üçün bütün istiqamətlərdə Azərbaycan rəhbərliyi, Azərbaycan xüsusi xidmət orqanları tərəfindən qabaqlayıcı tədbirlər görülməlidir”-deyə A.Nağı bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ