Bazar ertəsi günü, 17 avqust 2026
     

İsrail təkləndi, Qərb Fələstini tanıdı - Şərqdə balans İsrailin ziyanına dəyişir...

Image


Yaxın Şərq regionu onilliklərdir dünyanın ən mürəkkəb və həssas geosiyasi münaqişələrinin mərkəzində dayanır. Bu münaqişələrin başında isə Fələstin məsələsi gəlir. XX əsrin ortalarından bəri İsrail-Fələstin qarşıdurması təkcə iki xalq arasında deyil, həm də region dövlətləri, böyük güclər və beynəlxalq təşkilatlar arasında gərginlik yaradan amil kimi mövcud olub.

Son illərdə Fələstinin beynəlxalq aləmdə tanınması istiqamətində proseslər sürətlənməkdədir. Bu isə Yaxın Şərqdə yeni siyasi reallıqlar formalaşdırır və eyni zamanda İsrailin mövqelərinə ciddi təsir göstərir. Bu şəraitdə mühüm yenilik odur ki, artıq Qərb ölkələri də Fələstinin tanınması ilə bağlı praktiki addımlar atır.

Məlum olduğu kimi Böyük Britaniyanın baş naziri Kir Starmer hökumətin Fələstin dövlətini rəsmən tanıdığını bəyan edib. Özü də bu addım BMT Baş Assambleyasının 80-ci sessiyasının başlanmasına iki gün qalmış atılıb. Starmer hələ iyul ayında BMT Baş Assambleyası ərəfəsində İsrailin atəşkəsə razılıq, humanitar vəziyyətin yaxşılaşdırılması və uzunmüddətli sülh prosesinə sadiqlik kimi müəyyən şərtləri yerinə yetirmədiyi halda Fələstin dövlətini tanıyacağını bildirmişdi. Sosial şəbəkələrdə yayımlanan videomüraciətdə Kir Starmer bildirib ki, Yaxın Şərqdə dəhşətin getdikcə artdığı bir vaxtda Britaniya sülh və “iki dövlətli həll” yolunun mümkünlüyünü yaşatmaq üçün addım atır: “Bu, təhlükəsiz və güvənli İsrailin, eyni zamanda, yaşama qabiliyyətinə malik bir Fələstin dövlətinin mövcud olması deməkdir. Hazırda isə bunun heç biri yoxdur”. Baş nazir vurğulayıb ki, Fələstin dövlətinin tanınması üçün an artıq yetişib: “Odur ki, bu gün sülhün və “iki dövlətli həll” yolunun ümidini diriltmək üçün bu böyük ölkənin baş naziri olaraq açıq şəkildə bəyan edirəm ki, Böyük Britaniya Fələstin dövlətini rəsmən tanıyır”. Böyük Britaniya hökumətinin bu addımı atmasına səbəb kimi İsrailin Qəzzaya humanitar yardımın çatdırılmasının qarşısını alması, aclığın yayılması, İsrail ordusunun intensiv bombardmanları nəticəsində çoxsaylı mülki şəxsin həlak olması və şəhərin infrastrukturunun dağıdılması göstərilib. Bundan başqa, Qəzza şəhərinə genişmiqyaslı hücum və yüz minlərlə insanın köçkün vəziyyətinə düşməsi də Londonda narahatlıq doğurub. Bu qərar İsrailin güclü etirazına və ABŞ-ın təzyiqlərinə baxmayaraq qəbul olunub. ABŞ daha əvvəl bu qərarı HƏMAS-ı mükafatlandırmaq kimi qiymətləndirib. İsrailin baş naziri Benyamin Netanyahu isə qərarı “cihadçı terrorçulara güzəşt” adlandıraraq pisləyib. Amma bunlara rəğmən, Kanada baş naziri Mark Karni Fələstinin müstəqilliyini tanımaqla bağlı bəyanat verib. Bəyanatda bildirilir ki, Kanada Fələstin dövlətini tanıyır və həm Fələstin, həm də İsrail üçün dinc gələcəyin qurulmasında tərəfdaşlığını təklif edir. Vurğulanır ki, Kanada bu addımı “iki dövlətli həll” imkanlarını qorumaq üçün əlaqələndirilmiş beynəlxalq səylərin tərkib hissəsi olaraq atıb: “Fələstin Administrasiyasının rəhbərlik etdiyi Fələstin Dövlətinin tanınması dinc yanaşı yaşamaq və HƏMAS-a son qoymaq istəyənləri gücləndirir. Bu, heç bir şəkildə terroru qanuniləşdirmir. Fələstin Administrasiyası Kanada və beynəlxalq ictimaiyyət qarşısında çox ehtiyac duyulan islahatlar, o cümlədən onun idarəçiliyində əsaslı islahatların aparılması, 2026-cı ildə HƏMAS-ın heç bir rol oynaya bilməyəcəyi ümumi seçkilərin keçirilməsi və Fələstin dövlətinin demilitarizasiyası ilə bağlı birbaşa öhdəliklər götürüb. Kanada artıq irəliləyiş əldə edilmiş bu islahat gündəmini Fələstin administrasiyasının həyata keçirməsinə dəstək vermək üçün səyləri gücləndirəcək”. Avstraliya da Fələstini dövlət kimi tanıyıb. Avstraliya baş naziri Entoni Albaneze bildirir: “Avstraliya müstəqil və suveren Fələstin Dövlətini tanıyır”. Portuqaliya Böyük Britaniya, Kanada və Avstraliyaya qoşularaq Fələstini rəsmən tanıyıb. Benyamin Netanyahu vurğulayıb ki, Təl-Əviv BMT də daxil olmaqla, bütün meydanlarda Fələstin dövlətçiliyinin tanınmasına qarşı mübarizə aparacaq: “İsrail həm BMT-də, həm də bütün digər forumlarda bizə qarşı yönəldilmiş böhtan xarakterli təbliğata və mövcudluğumuza təhlükə yaradan, terrorizm üçün absurd mükafata çevriləcək Fələstin dövlətinin yaradılması çağırışlarına qarşı mübarizə aparmalı olacağıq”. Netanyahu BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək və prezident Donald Trampla görüşmək üçün ABŞ-a gedəcəyini də təsdiqləyib. Amma maraqlıdır ki, Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının 80-ci sessiyasında bir sıra ölkələri Fələstinin dövlət kimi tanınması ideyası ətrafında birləşdirməyi planlaşdırır. “Politico” qəzeti mənbələrə istinadən bildirir ki, BMT-dəki iclasda Avstraliya, Andorra, Belçika, Böyük Britaniya, Kanada, Lüksemburq, Malta, Portuqaliya və Fransa Fələstini dövlət kimi tanıdıqlarını elan edəcəklər: “Bu, İsrail baş naziri Binyamin Netanyahunu Qəzza sektorunda hərbi əməliyyatı dayandırmağa inandırmaq üçün yönəlmiş səylərdə Parisin “diplomatik qələbəsi” olacaq”.

Makron Qəzzada döyüş əməliyyatlarından və İsrail hakimiyyətinin digər addımlarından asılı olmayaraq, BMT-də Fələstinin tanınması məsələsi üzrə konfrans keçirəcəyini elan edib. İyulun 24-də o, Fransanın BMT Baş Assambleyasının sessiyasında Fələstin dövlətini tanımaq niyyətində olduğunu bildirib. Bütün bunlar ABŞ və İsrailin Yaxın Şərq siyasətinin artıq Avropa tərəfindən də rədd edildiyini göstərir. Baş verənlər İsrailin, onun indiki liderinin təkləndiyinin də təsdiq edir. Hesab olunur ki, baş verənlər indiki İsrail hökumətinin hərbləşdirilmiş siyasətinn nəticəsdir. Təbii ki, Fələstinin tanınması regiondakı güc balansına da təsirsiz ötüşməyəcək. İndiyədək İsrailin mövqeyi daha üstün idi: diplomatik, hərbi və iqtisadi dəstək, xüsusilə ABŞ və bəzi Qərb dövlətlərinin himayəsi onun əlini gücləndirirdi. Fələstinin tanınması isə durumu dəyişir, rəb ölkələrinin birliyini daha da möhkəmləndirir. Bu, İsrailə qarşı diplomatik təzyiqi artırır, region dövlətlərinin əməkdaşlıq formatlarını dəyişir. Misal üçün, əvvəllər yalnız bəzi ərəb ölkələri Fələstini açıq dəstəkləyirdisə, tanınma prosesi dərinləşdikcə daha çox dövlət bu məsələdə vahid mövqe sərgiləməyə başlayacaq. Fələstinin tanınmasının İsrailə birbaşa təsiri diplomatik müstəvidə özünü göstərir. İllərdir İsrail beynəlxalq aləmdə güclü lobbi imkanları ilə təcriddən yayınmağı bacarıb. Lakin Fələstinin dövlət kimi tanınması İsrailin legitimlik arqumentlərini zəiflədir, onu beynəlxalq hüquqa əməl etməməkdə günahlandırır, işğal siyasətinə qarşı qlobal rəyi sərtləşdirir. Bu prosesin davamı İsrailin BMT və digər beynəlxalq qurumlarda təzyiq altında qalmasına, bəzi dövlətlərin iqtisadi və siyasi sanksiyalar tətbiq etməsinə gətirib çıxaracaq. Fələstin məsələsi yalnız siyasi deyil, həm də təhlükəsizlik amilidir. Münaqişələrin davam etməsi regionda silahlı toqquşmalar, terror dalğaları və humanitar böhranlar yaradır. Fələstinin dövlət kimi tanınması bu böhranların avtomatik həlli olmasa da, danışıqlar üçün daha bərabər platforma yaradır. Artıq tərəflərdən biri dövlət statusunda iştirak edəcək ki, bu da sülh danışıqlarının daha obyektiv və nəticəyönlü aparılmasına imkan verəcək. Əks halda, tanınma prosesinə İsrailin sərt reaksiyası regionda yeni gərginlik dalğası doğura bilər. Qeyd edək ki, İsrailin ən böyük dayağı ABŞ olub. Vaşinqton İsraili siyasi, hərbi və iqtisadi dəstəklə daim qoruyub. Lakin son illər Qərbdə də İsrailin siyasətinə qarşı tənqidlər artır. Avropa İttifaqının bəzi ölkələri artıq Fələstini tanıyıb və bu prosesin genişlənməsi gözlənilir. Əgər ABŞ bu məsələdə daha neytral mövqe sərgiləsə, İsrail üçün vəziyyət daha da çətinləşə bilər. Bu halda İsrailin diplomatik manevr imkanları daralacaq. Hesab olunur ki, proses artıq ABŞ-ın da Avropada mövqeyinin rədd edildiyini göstərir. Fələstinin tanınması İsrailin daxili siyasətinə də təsir göstərir. Cəmiyyət daxilində artıq uzun illərdir sağ və sol qüvvələr arasında Fələstin məsələsinə münasibətdə ciddi parçalanma var. Sağçı qüvvələr sərt mövqe tutaraq kompromisə qarşı çıxır, sol qüvvələr isə daha praqmatik yanaşma sərgiləyir. Fələstinin tanınması bu parçalanmanı dərinləşdirə və İsraildə siyasi böhranın güclənməsinə gətirib çıxara bilər. Beləliklə, Fələstin dövlətinin beynəlxalq aləmdə tanınması Yaxın Şərqdə siyasi balansı dəyişdirən mühüm prosesdir. Bu addım Fələstin xalqına siyasi legitimlik qazandırmaqla yanaşı, İsraili diplomatik təzyiq altında qoyur. Ən əsası isə bu proses beynəlxalq ictimaiyyətin İsrail-Fələstin münaqişəsinə daha ədalətli yanaşmasına zəmin hazırlayır. Uzunmüddətli perspektivdə isə Fələstinin tanınması yalnız bölgə xalqları üçün deyil, qlobal sülh və sabitlik üçün də mühüm əhəmiyyət daşıyır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

17.08.2026 / 10:46
Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü...

17.08.2026 / 10:22
Qarğıdalı sahəsini narkoplantasiyaya çevirən şəxs yaxalandı - Balakəndə əməliyyat...

17.08.2026 / 10:07
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

17.08.2026 / 09:50
Tramp Pentaqona gözlənilməz əmr verdi - Cənubi Koreya şokda...

17.08.2026 / 09:27
ABŞ-ın SEPAH rəhbəri ilə GİZLİ TƏMAS qurduğu ortaya çıxdı - Tramp iranlı generaldan istədiyi sözü aldı…

17.08.2026 / 09:07
Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşdü

17.08.2026 / 08:49
Şuşa və Xocavəndə köç karvanları yola salındı

17.08.2026 / 07:30
Netanyahunun seçki təbliğatında sürpriz isimlər qalmaqal yaratdı

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ