Cümə günü, 27 noyabr 2026
     

Türkiyə üç aya PKK-nı tam çökdürmək qərarı verdi

Image


Qardaş Türkiyənin terrorçu qruplaşmalara, o cümlədən PKK-ya qarşı apardığı mübarizə özünün daha gərgin mərhələsinə qədəm qoymaqdadır. Proseslər göstərir ki, Türkiyə PKK-nı tam zərərsizləşdirməkdə israrlıdır. Türkiyə mediası yazır ki, Ankara ən azı üç ay əməliyyatları davam etdirəcək. Qeyd olunur ki, əməliyyatlar PKK silahı yerə qoyacağı günə qədər davam edəcək. Eyni vaxt İŞİD üçün də keçərlidir.
Belə ki, İŞİD-ə qarşı əməliyyatların ilkin məqsədi Türkiyənin sərhəd təhlükəsizliyi və Suriyada konstruktiv müxalifəti qorumaqdır. Hələlik üç aylıq əməliyyatın yol xəritəsi hazırlanır. Ümumilikdə isə PKK və İŞİD-ə qarşı əməliyyatlar 3 mərhələdə həyata keçiriləcək. Bunlara cavab olaraq ölkənin cənub-şərq vilayətlərində PKK terrorçuları Türkiyə ordusuna və təhlükəsizlik qüvvələrinə hücumları artırıb.
Belə bir vaxtda etnik azərbaycanlıların kompakt yaşadığı Türkiyənin İqdır-Qars bölgəsində naməlum şəxslər tərəfindən bir neçə TIR və digər yük maşını saxlanaraq, onlara od vurulub. Son günlər isə təkcə İqdır-Qars yolunda 13 nəqliyyat vasitəsi, o cümlədən 8 TIR maşınına hücum edilib. Həmin avtomobillər naməlum şəxslər tərəfindən tamamilə yandırılaraq yararsız hala salınıb. Yandırılmış TIR maşınlarından biri İqdırın "Mutlular" şirkətinə məxsus olub. Şirkətə məxsus TIR yüklənmək üçün İstanbula gedirmiş. Şirkətin sahibi etnik azərbaycanlı İsmail Akandır. Onun sözlərinə görə, PKK-nın hücumları İqdıra məxsus 3 giriş-çıxışda baş verib: "Həmin istiqamətlərin hamısında bir gün fasilə ilə maşınlar yandırılıb. Bununla PKK Türkiyə dövlətinə tələblərini qəbul etdirməyə çalışır".
Bundan əlavə, Türkiyənin Ağrı əyalətində terrorçular qaz borusunu partladıb. Energetika və Təbii Sərvətlər Nazirliyinin bəyanatında partlayışın İran-Türkiyə qaz borusunda törədildiyi bildirilir":Ağrı əyalətində İran-Türkiyə magistral qaz borusu xəttinin 15 kilometrlyində partlayış törədilib. Nəticədə baş verən yanğın qısa zamanda söndürülüb. Qaz borusu təmir edildikdən sonra qazın Türkiyəyə verilişi bərpa olunacaq". Partlayışı PKK-nın törətdiyi ehtimal edilir. Hazırda Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatının düşərgələrinə hava zərbələri endirməkdə davam edir. Bununla bağlı məlumatlarda qeyd olunur ki, Diyarbəkirdən havaya qalxan pilotsuz təyyarələr sərhəddə yerləşən Hakurk bölgəsini bombalayıb. Həmin ərazidə PKK-nın logistik bazaları yerləşir. Bundan başqa, Metina və Haftanin əraziləri də havadan atəşə tutulub. Həmçinin, terrorçuların ölkə daxilindəki mövqelərinə də zərbələr endirilib. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri artıq 5 gündür PKK və İŞİD terror təşkilatlarına qarşı əməliyyatlar keçirir. Türkiyə kəşfiyyatı (MİT) isə bildirir ki, solçu qeyri-leqal qruplaşmalar, o cümlədən də PKK Türkiyədə terror hücumları hazırlayır. Kəşfiyyatda olan mənbələrin məlumatına əsasən, PKK-nın Suriya qanadının bir neçə üzvü - Demokratik Birlik Partiyası (PYD) qaçqın kimi Suriyadan Türkiyə ərazisinə daxil olaraq polis şöbələrinə və hərbi obyektlərə hücum hazırlayır. Məlumatda deyilir ki, Suriyadan Türkiyə ərazisinə PYD-nin 90-dan çox üzvü keçib. O da bildirilir ki, PYD terrorçularının fəallaşması Türkiyə HHQ-nın İraq ərazisində PKK döyüşçülərinə qarşı apardığı əməliyyatlarla əlaqədardır. Türkiyə ordusu PKK və İŞİD silahı yerə qoyub təslim olana qədər əməliyyatları davam etdirəcək. Bundan başqa, PKK Türkiyə ərazilərini tərk edənə kimi onların lideri Abdullah Öcalanla heç bir görüş olmayacaq. Bu arada Şimali İraq hökuməti Türkiyə Hərbi Hava Qüvvələrinin PKK nöqtələrini vurmasına münasibət bildirib. Ancaq məlum olub ki, bu mövzuda Ərbildə fikir ayrılığı var. Məsələn, muxtariyyətin lideri Məsud Bərzani və onun oğlu, kürd muxtariyyətinin baş naziri Nəçrivan Bərzani Türkiyənin hərbi əməliyyatlarını dəstəkləyən, baş verənlərə görə PKK-nı qınayan açıqlama yayıb. Ancaq muxtariyyətin parlamentinin yaydığı açıqlamada Türkiyənin hava zərbələri qınanıb. Yusif Məhəmmədin sədri olduğu kürd parlamentin yaydığı yazılı açıqlamada hava zərbələrinin şiddətlə qınandığı qeyd olunur: "Türkiyədəki bütün hökumətlər kürd məsələsini hərbi yolla həll etməyə çalışdı. Ancaq bu üsul sadəcə qan tökülməsinə, insanların yerindən-yurdundan olmasına və yoxsullaşmasına səbəb oldu". Türkiyə isə PKK-nı neytrallaşdırmaqda israrlıdır. Bu fonda ABŞ Dövlət Departamenti Türkiyənin PKK-ya qarşı təşkil etdiyi hava hücumlarını dəstəklədiyini açıqlayıb. Departamentin sözçüsü Con Kirbi gündəlik mətbuat konfransında PKK-nı terror təşkilatı olaraq qəbul etdiklərini və Türkiyənin bu təşkilata qarşı özünümüdafiə haqqı olduğunu deyib":Türkiyənin İŞİD mövzusunda koalisiyaya verdiyi dəstəkdən məmnunuq. Yaxın zamanlarda bəzi bazalar koalisiya təyyarələrinin ixtiyarına veriləcək. Bu dəstəyə görə minnətdarıq. PKK məsələsinə gəlincə isə, ABŞ bu təşkilatı uzun müddət öncə terror təşkilatı kimi tanıyır.
Türkiyə uzun müddətdir ki, PKK hücumlarına məruz qalır. Ankaranın bu hücumlara qarşı özünümüdafiə haqqı var. Biz onları terror təşkilatı olaraq qəbul edirik. İŞİD-lə mübarizəmizdə PKK ilə əməkdaşlıq, koordinasiya və ya ünsiyyət ola bilməz. İŞİD-lə mübarizədə 62 ölkə yanımızdadır". Lakin bəzi Avropa ölkələri, o cümlədən də Almaniya Türkiyənin PKK-ya qarşı əməliyyatlar aparmasını istəmir.
Tahir TAĞIYEV




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ