Cümə günü, 27 noyabr 2026
     

Qərb Ermənistan-Türkiyə sərhədinin açılması üçün səylərini artırır

Image


Türkiyə-Ermənistan sərhədinin açılması layihəsində iştirak edən təşkilatı ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri, Britaniya XİN, ABŞ Dövlət Departamenti, həmçinin Azərbaycan rəhbərliyinə qarşı çıxışları ilə yadda qalmış IREX təşkilatı maliyyələşdirir. Gün.Az Sputnik agentliyinə istinadən xəbər verir ki, Türkiyənin İŞİD terror qruplaşması və kürd silahlılarına qarşı hərbi əməliyyatı, ABŞ başda olmaqla, Qərb koalisiyasının özlərinin NATO üzrə əsas müttəfiqinin sərhədində illərlə artmaqda olan radikalizmi yatırmaq istəməməsinə cavabdır.
Bunun əvəzində Avropa və ABŞ Türkiyənin daxilində 1915-ci il hadisələrinə yeni ictimai fikir formalaşdırmaq və Ermənistanla sərhədləri açmaq üçün zəmin hazırlamaq istiqamətində iş aparır.
Avropa və ABŞ diplomatik və siyasi səylərini işə salıb İrəvanı Azərbaycanın işğal olunmuş ərazilərindən erməni hərbi birləşmələrini çıxarmağa və Azərbaycanın təklif etdiyi Dağlıq Qarabağ üçün yüksək muxtariyyət statusuna razılaşmağa inandırmaqla arzuladıqları Ermənistanla Türkiyənin normal münasibətlər qurmasına asanlıqla nail ola bilərdilər. Lakin ilk növbədə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması əvəzinə ABŞ və Avropa operativ olaraq ötən ilin yanvarında Türkiyədə mahiyyətcə separatçı olan proqrama start verdilər.Bu proqramın adı "Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dəstək"dir.
Proqramın sponsoru olan Avropa İttifaqı səkkiz Türkiyə və Ermənistan QHT-sindən ibarət konsorsiuma 18 ay müddətində 2 milyon dollar həcmində qrant ayırıb. Layihə 2014-cü ilin yanvarından 2015-ci ilin iyununadək reallaşıb. Layihənin əsas tərəfdaşları Avropa İttifaqı, həmçinin Aİ-nin Türkiyə, Gürcüstan, Ermənistandakı nümayəndələri və Avropa xarici layihələr xidmətidir (EEAS). Bu xidmət diplomatik qurumdur və Avropa İttifaqının xarici işlər və siyasət üzrə Ali nümayəndəsi Federika Mogeriniyə tabedir.
"Ermənistan-Türkiyə layihəsində" həmçinin Vaşinqtonda qərargahı olan Avrasiya Fondu (EF) yer alır. O, layihədə Ermənistandakı törəmə təşkilatı olan Avrasiya tərəfdaşlıq Fondu (EPF) vasitəsilə iştirak edir. Məlum olub ki, EPF-in məsləhətçilər şurasına məşhur, vaxtilə ABŞ dövlət katibləri olmuş amerikalı siyasətçilər- respublikaçı Ceyms Beyker və demokrat Madlen Olbrayt daxildir. Bu siyahıda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar da var.
Qərbin Ermənistanla sərhədin açılması və Ankaranın 1915-ci il hadisələri problemində güzəştə məcbur edilməsi məsələlərində iştirakının miqyası heyranedici səviyyədədir. Layihənin türk tərəfdaşlarının məşhur olmayan adlarının arxasında dünyanın gündəmini müəyyən edən ölkələrin xarici siyasət idarələri dayanır.
Türkiyənin Okan Universiteti proqramın elementlərindən birinin reallaşdırılmasına görə maliyyə alanlardan biridir. Tədris müəssisəsinin qəyyumları olan Okan Holding və Nurol Holding Türkiyədə nüfuzlu biznes strukturlarıdır. Qazaxıstan, Gürcüstan və digər bölgə ölkələrində dövlət və kommersiya sifarişlərini yerinə yetirirlər. Belə ciddi qəyyumları olan unversitetin "xeyirxah işlər" üçün cüzi qrantlar nəyinə lazımdır? Bu sirrin cavabı sadədir. Okan Universiteti ayrılmış qrant çərçivəsində növbəti qeyri-hökumət təşkilatı - "Imagine Center for Conflict transformation" ilə əməkdaşlıq edib. Bu QHT-nin fiziki ünvanı və internet səhifəsində əlaqə məlumatları yoxdur.
Bu "kabus-QHT"nin ciddi təşkilatlar sırasına necə daxil olduğu məlum deyil. Lakin "kabus-QHT"nin donorlarının siyahısı daha böyük təəccüb doğurur. Təsəvvür edin ki, Türkiyə-Ermənistan sərhədinin açılması layihəsində iştirak edən təşkilatı ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri, Britaniya XİN, ABŞ Dövlət Departamenti, həmçinin Azərbaycan rəhbərliyinə qarşı çıxışları ilə yadda qalmış IREX təşkilatı maliyyələşdirir. Bu təşkilatın internet səhifəsinin skrinşotuna baxın.
Ön şərt, ikili standartlar, müəyyən ölkələrə qarşı simpatiya və antipatiya məsələlərini kənara qoyaq. Başqa bir məsələni qeyd etmək lazımdır - indi bir sıra Qərb ölkələrinin rəsmi səviyyədə Türkiyədə bu ölkənin hökumətini Ermənistanla sərhədi açmağa və 1915-ci il məsələsində güzəştə getməyə məcbur etmək üçün ictimai fikrin formalaşdırılması texnologiyalarında iştirak etdiklərini deməyə əsas var? Onların son məqsədi nədir?
Hrant Dink Fonduna müraciət etməli
Bəlkə türk QHT-ləri, Avropa layihəsinin iştirakçıları Türkiyə cəmiyyətinin maraqlarını və ümumi balansı təmin ediblər? Təəssüf ki, yox. Etməyiblər.
Avropa layihəsinin əlaqə səhifəsinin skrinşotunda yazılır ki, Türkiyədə bütün qrant almaq istəyən QHT-lər... Hrant Dink Fonduna (!) müraciət etməlidir. Burada isə əsasən Türkiyə erməniləri təmsil olunur. Yazar və Türkiyədəki erməni icmasının lideri olmuş Hrant Dink bir neçə il əvvəl yerli millətçi tərəfindən qətlə yetirilib.
Hrant Dink Fondu, Anadolu Kültür, Türkiyənin iqtisadi siyasətini araşdırma Fondu (TEPAV) və Helsinki Vətəndaş Assambleyası (HCA) birlikdə bu layihədə türk tərəfini təmsil edib.
Anadolu Kültür çoxsaylı Avropa təşkilatları, Avropa İttifaqı, həmçinin erməni Qalust Gülbenkyanın fondunun dəstəyi ilə fəaliyyət göstərir. Fond "Ermənistan-Türkiyə Yaxınlaşmasına Dəstək" ("Support Armenia-Turkey Rapprochement" - SATR") layihəsini reallaşmağa başlayandan Türkiyə-Ermənistan sərhədinin açılmasının lobbiçiliyini edən təşkilatları maliyyələşdirir. Bu layihəyə 2009-cu ildə İsveçrədə imzalanmış Ermənistan-Türkiyə protokollarının ratifikasiyası dondurulduqdan sonra start verilib.
Qalust Gülbenkyan Qərbi Yaxın Şərq neft ehtiyatları ilə tanış etmiş və bu ehtiyatları əldə etməkdə onlara kömək etmiş XIX-XX əsr iri neft maqnatıdır. O XX əsrin əvvəllərində Bakıda işləyib. Hazırda dünyanın 70-dən çox ölkəsində Gülbenkyanın fondunun yardımından istifadə olunur.
Türkiyənin "TEPAV" qeyri-hökumət təşkilatı iqtisadi və ticari əməkdaşlığın inkişafına yardım məqsədilə yaranıb. Lakin məlum olur ki, o, ABŞ-ın özəl kəşfiyyat strukturu olan Stratfor-la, faktiki kölgə "MKİ"si ilə əməkdaşlıq edir. TEPAV və Stratfor-un elektron yazışmasının skrinşotu göstərir ki, TEPAV direktoru Güven Sak Stratfor-un üzvüdür.
Stratfor dünya ölkələrinin ən yüksək hakim dairələrindən məlumat toplanması və təhlilində ixtisaslaşır. Belə ki, misal üçün, Stratfor-un türk üzvlərindən biri təşkilatın ABŞ-dakı qərargahına prezident Ərdoğanın Suriya üzrə məxfi telefon danışığının mətnini ötürüb.
Stratfor-un köməyi ilə ABŞ administrasiyası və qlobal korporasiyalar həmişə müxtəlif ölkələrin yüksək dairələrində baş verən hadisələrdən xəbərdardır.
Avropada amerikalı həmkarların yardımı ilə hazırlanmış proqramın tezisləri Türkiyə vətəndaş cəmiyyətinə deyil, ayrı-ayrı etnik qruplara yönəldilib. Belə ki, sahibi kürd iş adamı olan Türkiyənin IMC TV televiziyası Türkiyə kürdlərinin 1915-ci il hadisələri barədə fikirlərini öyrənmək üçün ünvanlı qrant alıb. Layihədə açıq şəkildə deyilir ki, bu qrant kürdlərin 1915-ci il hadisələrinə dair yaddaşlarını şövqləndirməli və təzələməlidir.
Proqram iştirakçılarını ətraflı nəzərdən keçirdikdə Qərb və Ermənistanlı iştirakçıların Türkiyəli iştirakçılardan çox olduğunu görürük. Birincilərin sırasında Azərbaycanı və onun rəhbərliyini mütəmadi tənqid edən, ölkədəki sabitliyi pozmaq cəhdləri üçün maliyyə ayıran təşkilatlar var.
Bunun sübutu kimi "sülh prosesi"nin daha bir iştirakçısını - İrəvandakı Qafqaz Araşdırmaçı Resurslar Mərkəzini (SRRC) göstərmək olar. Ermənistandakı filialın donorları Carnegie Center, USAID, NDI və SIDA-dır.
Burada öz səylərini Azərbaycandakı uğursuz rəngli inqilab cəhdlərinin "iş icraçıları" və ABŞ-ın ən qədim və iri donorlarından olan Karnegi korporasiyasının Nyu-Yorkdakı prezidenti Vartan Qreqoryanı birləşdiriblər.
İŞİD və kürd silahlıları: Qərbin Türkiyəni parçalamaq planları Avropa İttifaqının patronajı altında ötən ilin əvvəlində başlamış erməni-türk yaxınlaşması proqramı ilk layihə deyil.
2009-cu ildə imzalanmış Ermənistan-Türkiyə protokollarının dondurulmasından sonra ilk layihə ortaya çıxır - "Support Armenia-Turkey Rapprochement" ("SATR"), "Ermənistan-Türkiyə Yaxınlaşmasına Dəstək". Bu layihə çərçivəsində hətta Türkiyə və Ermənistan arasında 2 il davam edərək nəticəsiz bitmiş İrəvan-Van-İrəvan aviareysinin açılması barədə danışıqlar gedib.
2013-cü ildə USAID "Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının iqtisadi perspektivləri" proqramı çərçivəsində erməni təşkilatları, fiziki şəxsləri və şirkətləri üçün 1 000 000 dollar həcmində qrant xətti açıb.
Türkiyənin iqtisadi siyasətini araşdırma Fondunun (TEPAV) məlumatına görə, "SATR" layihəsinin maliyyələşdirilməsinin 75%-dən çoxu ABŞ və avropalı mənbələrin hesabına baş verib.
2012-ci ilin yazında ABŞ-ın Kolumbiya İnstitutu Devid Filipsin (David L.Phillips) "Diplomatiya Tarixi: Türkiyə-Ermənistan protokolları" monoqramını dərc edib.
Hələ onda ABŞ-dan Türkiyəyə Ermənistanla əməkdaşlığı stimullaşdırmaq barədə Ç Turkish Airlines-in İrəvanda nümayəndəliyini açmaq, Qarsdan (Türkiyə) Ermənistana fiber-optik kabel çəkmək, birgə aqrar-sənaye zonalarını yaratmaq və onun məhsulunu ABŞ-a satmaq tipli təkliflər gəlirdi.
Sadalanan faktlar onu göstərir ki, Türkiyə cəmiyyətinin geniş təbəqələri arasında ABŞ və Avropanın nüfuzlu dairələri tərəfindən dəstəklənən irimiqyaslı kampaniya aparılır. Qərb strateqləri türk cəmiyyəti üçün etnik əlamətlərə görə fərqli mesajlar formalaşdırır. Müəyyən şərtlər daxilində "belə oyunlar" monolit Türkiyə cəmiyyətinin ayrı-ayrı etnik qruplara bölünməsinin başlanması üçün şərait yarada bilər.
Faktiki olaraq, ABŞ və Qərbin müəyyən dairələri nəzarətlərində olan qeyri-hökumət təşkilatları və türk QHT-lərinin maliyyələşdirilməsi ilə Türkiyə hökumətini Ermənistanla bağlı məsələlərdə güzəştə məcbur etmək üçün ona daxildən təzyiqi artırır.
Belə çıxır ki, ABŞ və Avropada öz müttəfiqi Azərbaycanı dəstəkləyərək Ermənistanın işğalçı siyasətinə qarşı çıxan və onunla sərhədi bağlayan rəsmi Ankaranın mövqeyini bölüşmürlər.
Türkiyənin siyasətini dəyişmək və ondan güzəştlərə nail olmağın azsaylı variantlarından biri onu uzunmüddətli hərbi əməliyyatlara təhrik etmək və zəiflətməkdir. İŞİD və kürd silahlıları bu missiya üçün ən uyğun gələn alətlərdir.
Gün.Az




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ