çərşənbə günü, 12 avqust 2026
     

Azərbaycanın cəsur siyasətindən sonra Mərkəzi Asiya ölkələri də Rusiyaya qarşı qalxdı...

Image


Afsəddin Nəbiyev: “Azərbaycanın bu baxımdan apardığı prinsipial mövqe digər ölkələri də cəsarətləndirir”

Özbəkistanın Xarici İşlər Nazirliyi (XİN) Rusiya XİN-ə rəsmi nota göndərib. Daşkənd Rusiyada taksi sürücüsü işləyən özbək miqrantı təhqir edən kişinin şəxsiyyətinin müəyyən olunmasını, onun barəsində qanunvericiliyə uyğun tədbirlər görülməsini tələb edir. Bu barədə Özbəkistan XİN-in mətbuat katibi Axror Burxanov məlumat verib.

Avqustun sonunda yayılan videoda Moskvaya yaxın Ximki şəhərində rusca danışan bir şəxsin miqrant taksi sürücüsünü təhqir etdiyi görünür. Həmin kişi taksi sürücüsünə qışqıraraq "Sən qulsan, rusların qulusan! Özbəkistanda özünə heç nə tapmadın, buraya gəldin. Öz evində deyilsən, işləmək üçün gəlmisən - işlə!" deyir, söyüş işlədir.

Özbəkistan XİN son üç ayda Rusiya XİN-ə ikinci dəfədir nota göndərir. İyunda Moskvada miqrantların qaldığı yataqxanada OMON zorakı reyd keçirmişdi. Daşkənd Moskvadan hadisəyə hüquqi qiymət verilməsini tələb etmişdi. Notada Rusiyada Özbəkistan vətəndaşlarına qarşı icazəsiz axtarışlar və kobud rəftar hallarından narahatlıq bildirilmişdi.

Burada diqqəti çəkən məqam odur ki, məlum hadisələrlə bağlı Azərbaycanın Rusiyaya qarşı qətiyyətli mövqe sərgiləməsi Orta Asiya dövlətlərini bu kimi məsələlərdə cəsarətləndirib. Rus şovinizminə qarşı etiraz edirlər. Artıq bu kimi pozuntuları Moskvanın xoşuna gəlməz deyə görməzdən gəlmirlər.

“Orta Asiya dövlətlərinin səslərinin ucalması göstərir ki, artıq Moskvanın istədiyi kimi “susqun zona” yoxdur”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, Özbəkistan tərəfinin Rusiyaya göndərdiyi nota təsadüfi hadisə deyil: “Taksi sürücüsü işləyən bir özbək miqrantın təhqir olunması artıq təkcə fərdi insident kimi qəbul edilmir. Bu, Rusiya cəmiyyətində illərdir kök salmış şovinizmin, miqrantlara qarşı laqeydliyin və “üstün millət” düşüncəsinin nəticəsidir. Özbəkistanın sərgilədiyi qətiyyətli mövqe isə göstərir ki, Orta Asiya ölkələri artıq bu kimi haqsızlıqları görməzdən gəlməyəcək. Proses davam edəcək. Burada diqqəti çəkən vacib məqam Azərbaycanın mövqeyidir. İllərdir Rusiyanın təzyiqlərinə və ikili standartlarına qarşı sərgilənən prinsipial davranış, Qarabağ məsələsində göstərilən qətiyyət digər dövlətlərə də örnək oldu. Məhz buna görə Orta Asiya respublikaları da bu gün Moskvaya “dayan” deməkdən çəkinmirlər. Rus şovinizmi təkcə miqrantların gündəlik həyatında təhqir və təzyiqlər kimi təzahür etmir. O, həm də beynəlxalq siyasətdə “böyük qardaş” iddiası, qonşu xalqlara təhdid və işğal kimi özünü göstərir. Ukraynaya qarşı davam edən qanlı müharibə bunun bariz nümunəsidir. Rusiyanın aqressiyası nəticəsində minlərlə dinc insan həlak olub, milyonlarla insan evindən didərgin düşüb. Bu gün sual açıq qalır: daha nə edilməlidir ki, Rusiya dayandırılsın? Beynəlxalq ictimaiyyətin qınağı, sanksiyalar, diplomatik təzyiqlər indiyə qədər kifayət etməyib. Deməli, yeni yanaşma zəruridir. Bu yanaşma həm siyasi, həm də ictimai müstəvidə daha sərt və qətiyyətli olmalıdır. Miqrantların hüquqlarının qorunması, xalqların milli ləyaqətinin müdafiəsi yalnız hüquqi məsələ deyil, həm də siyasi iradənin göstəricisidir. Orta Asiya dövlətlərinin səslərinin ucalması isə göstərir ki, artıq Moskvanın istədiyi kimi “susqun zona” yoxdur. Əksinə, yeni bir regional həmrəylik formalaşır - şovinizmə, zorakılığa və işğal siyasətinə qarşı həmrəylik. Dünya ictimaiyyəti üçün bu mühüm mesajdır. Əgər illər boyu “Rusiyanın xoşuna gəlməz” qorxusu ilə susan dövlətlər indi sözlərini açıq deyirsə, deməli, Kreml artıq əvvəlki kimi toxunulmaz deyil. Bu prosesin davamı isə daha güclü beynəlxalq təzyiq və Rusiyanın işğalçı siyasətinə son qoymaq üçün yeni imkanlar deməkdir. Azərbaycanın bu baxımdan apardığı prinsipial mövqe digər ölkələri də cəsarətləndirir. Əslində bütün bu məsələlər beynəlxalq hüququn norma və qaydalarına əməl olunmasına çağırışdır. Rusiya əvvəl-axır bu həqiqəti dərk edib normal sivil məcraya qayıtmalıdır. Əks halda dünyadan tamamilə təcrid olunması qaçılmazdır”.

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

12.08.2026 / 07:47
Tramp NATO Sammitindən macəralı qayıdışına aydınlıq gətirdi - “Məxfi Xidmətin qərarı idi…”

12.08.2026 / 07:31
Berlində Rus Evinə hücumlar başladı - “… casus mərkəzi kimi istifadə olunur”…

12.08.2026 / 07:17
Türkiyə Qara dənizdə təhlükəsizlik dəhlizlərinin yaradılmasını təklif edir

11.08.2026 / 23:27
"Mən heç vaxt heç nədən qorxmamışam" - Putin

11.08.2026 / 23:05
Prezident: "Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir"

11.08.2026 / 23:04
"Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur" - Prezident

11.08.2026 / 23:02
Güntay Tolgə deyilən şəxs hansı nüfuzun sahibidir ki, Xətainin roluna kölgə sala bilsin?!...

11.08.2026 / 23:00
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb - VİDEO

11.08.2026 / 22:53
Prezident: "Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır"

11.08.2026 / 22:46
"Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək" - Prezident

11.08.2026 / 22:42
Prezident: "Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir"

11.08.2026 / 22:40
"Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır" - Prezident

11.08.2026 / 22:38
Prezident İlham Əliyev: "Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub"

11.08.2026 / 22:37
"Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib" - Prezident

11.08.2026 / 22:34
Prezident: "Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır"

11.08.2026 / 22:33
"Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir" - Prezident

11.08.2026 / 22:32
Prezident İlham Əliyev: "Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir"

11.08.2026 / 22:30
"Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir" - Prezident

11.08.2026 / 22:27
Azərbaycanın "zəif bəndi" idi, yeni güc mənbəyi oldu - Hansı məkandır? O... Aydın QULİYEV yazır…

11.08.2026 / 22:24
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verdi - FOTO

11.08.2026 / 22:12
Prezident Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoydu - FOTO

11.08.2026 / 22:03
Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açıldı - FOTO

11.08.2026 / 21:56
Prezident İlham Əliyev və Mehriban Əliyeva Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub - FOTO

11.08.2026 / 21:55
Yeni üçtərəfli bəyanat Zəngəzur dəhlizinin açılmasında son maneələri məhv edə bilər...

11.08.2026 / 21:46
Prezident və Birinci xanım “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olublar - FOTO

11.08.2026 / 21:43
“Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyuldu - FOTO

11.08.2026 / 21:38
Putinin partiyasının ən güclü rəqibini prokuror gücünə seçkidən çıxardılar...

11.08.2026 / 21:29
Prezident və Birinci xanım yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak edib - FOTO

11.08.2026 / 21:21
Qafqazda sülhün iki əsas qüvvəsi Trampı böyük arzusuna çatdıracaqlar...

11.08.2026 / 21:04
Türkiyə və Pakistan Yaxın Şərqdə husilərə görə müharibəyə başlayır

11.08.2026 / 20:51
ŞOK İDDİA… Kreml İrəvana bir ay vaxt verdi – ermənilər Rusiyadan qovulacaq, qaz nəqli dayandırılacaq…

11.08.2026 / 20:37
Ermənistan və Türkiyə eyni “hərbi blokda” – bu nə strategiyadır...

11.08.2026 / 20:12
Naxçıvan Regional DOST Mərkəzinin açılışı oldu - FOTO

11.08.2026 / 20:10
Prezident və Birinci xanım Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar - FOTO

11.08.2026 / 20:01
Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu - FOTO

11.08.2026 / 19:50
Prezident və Birinci xanım Naxçıvanda “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar - FOTO

11.08.2026 / 19:45
Prezident İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Liderin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər - FOTO

11.08.2026 / 19:19
Prezident İlham Əliyev Naxçıvana səfər edib - FOTO

11.08.2026 / 18:49
Məkkə sazişi “İbrahim sazişləri”nin alternativi olacaq?..

11.08.2026 / 18:33
ABŞ ordusu Oman körfəzində konteyner gəmisinə atəş açdı...

11.08.2026 / 18:19
Aİ-nin qadağasına baxmayaraq Avropa Rusiyadan qaz idxalını artır - xüsusilə də Fransa...

11.08.2026 / 18:15
Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası Vaşinqtonda müzakirə olundu

11.08.2026 / 17:52
Gürcüstan tələyə düşdü - İranın kriptovalyutalarının tranziti üçün əsas mərkəz rolu oynayıb...

11.08.2026 / 17:37
Serbiya prezidenti Donbasın Putinə tam şəkildə verilməsinin "lobbiçiliyini edir"...

11.08.2026 / 17:22
Türkiyə Erməni Patriarxlığı Paşinyan hakimiyyətinə qarşı çıxdı...

11.08.2026 / 17:09
ABŞ kəşfiyyatı Rusiyanın NATO-nu parçalaya biləcəyindən danışır...

11.08.2026 / 16:52
“Mən İranın bankiriyəm” - Tramp

11.08.2026 / 16:34
QHT Şərurda görüş keçirib

11.08.2026 / 16:17
Suraxanıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlandı

11.08.2026 / 16:02
Yasamalda soyğunçuluq edən şəxs saxlandı

11.08.2026 / 15:31
"Ermənistan Azərbaycandan qaz idxal edə bilər! - erməni deputat

11.08.2026 / 15:16
İrandan Rusiyaya “bibər” yükü aparan maşından 25 kq narkotik çıxdı...

11.08.2026 / 14:43
Hörmüzün tezliklə açılacağına ümidlər azalır, neft bahalaşır

11.08.2026 / 14:24
Erməni radikallar Azərbaycanla sülhə mane olmağa çalışır...

11.08.2026 / 14:09
"Həqiqiliyinə əmin olmadığınız səhifə və saytlara ödəniş etməyin" - DİN-dən xəbərdarlıq...

11.08.2026 / 13:57
Ermənistanda hakimiyyətlə TIR sürücüləri qarşıdurmada...

11.08.2026 / 13:41
Suriyadan TARİXİ QƏRAR - Bəşər Əsəd, qardaşı və əmisi oğlu barədə ölüm hökmü çıxarıldı

11.08.2026 / 13:18
Husilər Bab əl-Məndəb boğazında Səudiyyə gəmisini vurdu...

11.08.2026 / 13:05
Toyuna hazırlaşan bəy ailəsi ilə birlikdə həlak oldu - Balakəndəki dəhşətli qəzanın TƏFƏRRÜATLARI...

11.08.2026 / 12:51
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı

11.08.2026 / 12:34
Pianonun düymələrində saxlanmış bir Vətən: Züleyxa Abdullayevanın səsi insanlara bu cür çatır

11.08.2026 / 12:25
Sentyabrda Tehranda Xəzəryanı ölkələrin konfransı keçiriləcək...

11.08.2026 / 12:19
Tramp FİFA prezidentinin müdafiəsinə qalxdı - o, getsə...

11.08.2026 / 11:26
Rusiya Ermənistanı sıxışdırır - dekabra qədər vaxtınız var, qərar verin...

11.08.2026 / 11:15
NİİM aeroport yolundakı yeni qurğulara aydınlıq gətirdi - sürət ölçən cihaz deyil...

11.08.2026 / 10:52
Cənubi Koreya Zelenskinin çağırışını rədd etdi – silah və ya HHM sistemləri olmayacaq…

11.08.2026 / 10:24
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilir - Rusiya tarixi açıqladı…

11.08.2026 / 10:07
Ukrayna Wildberries-in Voronejdəki anbarını da vurdu…

11.08.2026 / 09:52
Rusiyadan Zaporojyeyə irimiqyaslı hücum – şəhərə raket və idarə olunan bombalar atıldı…

11.08.2026 / 09:35
Kolumbiyada böyük dağıntı... Qırmızı həyəcan siqnalı verildi - zəlzələdə ölənlərin sayı artır…

11.08.2026 / 09:14
BDYPİ sürücü və piyadalara müraciət etdi - diqqətli və ehtiyatlı olun...

11.08.2026 / 08:27
Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu

11.08.2026 / 08:05
Livan-İsrail danışıqlarının növbəti raundu sentyabrda keçiriləcək - Əl-Cəzirə

11.08.2026 / 07:54
8 Özbəkistan vətəndaşı PUA hücumunda həyatını itirdi - Mirziyoyev Nijnekamska xüsusi qrup göndərdi

11.08.2026 / 07:42
Türkiyə Parlamenti PKK-ya əfv verən qanunu təsdiqlədi - PKK “Öcalan şərti” qoydu…

11.08.2026 / 07:25
Tramp Türkiyəni yemək furqonunda tərk edib? - şok təfərrüatlar açıldı

11.08.2026 / 07:07
İtaliya və İspaniya arasında miqrant münaqişəsi böyüyür - hətta turistlər də…

10.08.2026 / 23:36
Türkiyə şirkəti Qara dənizdə gəmilərə hücuma görə, Ukraynanı Beynəlxalq Məhkəməyə verir - Rusiya isə kənarda qalır…

10.08.2026 / 23:12
Tramp İranın "hərbi təzminat" tələbinə qarşı, "50 ildə öldürülən insanlara görə qan pul" istədi…

10.08.2026 / 22:36
ABŞ, Azərbaycan və Ermənistan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yaydı

10.08.2026 / 22:20
Türkiyə Ukrayna müharibəsində neytrallığına son qoyur...

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ