Cümə axşamı günü, 01 oktyabr 2026
     

Ağ Evdən xəbər sızdı - Türkiyəyə sanksiyalar tətbiq oluna bilər...

Image


Vaşinqton Türkiyəni NATO-dan uzaqlaşdırmamaq üçün ümumi dövlət sanksiyalarından qaçır, amma...

Ağ Evdən bir mənbəyə istinadla xəbər yayılıb ki, ABŞ Avropadan təkcə Rusiya neftindən imtina deyil, həm də Rusiyanın enerji resurslarının əsas idxalçıları olan Çin, Hindistan və Türkiyəyə qarşı sanksiyalarda dəstək gözləyir. Ağ Evdəki mənbəyə istinadla yayılan informasiya ABŞ-ın mövcud enerji siyasətinin növbəti mərhələsini əks etdirir.

ABŞ artıq Avropaya Rusiyanın neft və qazından imtina etməyi təzyiq kimi qoyub. Bu, Ukrayna müharibəsindən sonra tətbiq olunan sanksiyaların əsas elementlərindən biridir.

İndi isə Vaşinqton daha geniş addım ataraq, yalnız Avropa ölkələrindən deyil, Rusiyanın əsas enerji müştəriləri olan Çin, Hindistan və Türkiyədən də koordinasiyalı sanksiyalara dəstək gözləyir.

Bu, praktiki olaraq Rusiyanın enerji gəlirlərini kəskin azaltmağa yönəlmiş strategiyadır. Lakin Çin və Hindistan Rusiya neftinin ən böyük alıcılarıdır və öz maraqlarından imtina etmə ehtimalları azdır.

Türkiyə isə həm NATO üzvü, həm də Rusiya ilə enerji və ticarət əməkdaşlığında mühüm tərəfdaşdır.

Yəni ABŞ-ın bu planı siyasi cəhətdən böyük gərginlik yarada bilər, çünki Çin və Hindistan Qərbin sanksiyalarına qoşulmur, Türkiyə isə balanslı siyasət aparmağa çalışır.

Belə bir şəraitdə ABŞ və Avropa Türkiyəyə də sanksiya tətbiq edə bilərmi?

Baki-xeber.com nəşrinə görə, əgər ABŞ və Avropa Rusiyanın enerji resurslarına qarşı daha sərt addımlar atsa, ən həssas məqam məhz Türkiyə məsələsi olacaq. Burada bir neçə mühüm məqamı vurğulamağa dəyər.

ABŞ və Avropanın Türkiyəyə münasibətində əsas faktor NATO-dur. Çünki Türkiyə NATO-nun strateji üzvüdür. O, regionda Qərbin hərbi-siyasi dayağı sayılır. ABŞ və Avropa üçün Ankaraya birbaşa sanksiya tətbiq etmək çox risqlidir, ona görə ki, bu, NATO daxilində ciddi parçalanma yarada bilər.

Eyni zamanda, Türkiyə həm Rusiya ilə enerji və ticarətdə əməkdaşlıq edir, həm də Qərblə strateji tərəfdaşlıq saxlayır. Bu balansı pozmaq Ankara üçün çətin olsa da, ABŞ-ın istədiyi kimi, tamamilə Rusiya ilə münasibətləri kəsmək real görünmür. Məsələn, Türkiyənin Rusiya şirkətləri ilə davam edən Akkuyu AES kimi nəhəng enerji layihəsi var, bunu yarımçıq saxlamaq milyardlarla zərər deməkdir.

Amma “ikinci sanksiyalar” mexanizmi paketini işə salmaq olar. Yəni ABŞ və Avropa birbaşa Türkiyəyə deyil, onun bəzi şirkətlərinə və banklarına sanksiya tətbiq edə bilər. Məsələn, əgər türk şirkətləri Rusiya neftinin Avropaya daşınmasına yardım edirsə və ya “kölgə donanması”nda iştirak edirsə, həmin şirkətlər hədəf ola bilər. Bu, artıq əvvəlki sanksiyalarda da tətbiq edilmiş bir üsuldur.

Geosiyasi risqlər baxımından ABŞ və Avropa Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq etsə, Ankara daha çox Moskva və Pekinə yaxınlaşa bilər. Bu isə Qərbin strateji maraqlarına ziddir. Ona görə də, Qərb çox ehtiyatla hərəkət edəcək.

Yekun olaraq qeyd edək ki, ABŞ və Avropa Türkiyəyə qarşı ümumi dövlət səviyyəsində sanksiyalar tətbiq etməyə çətinlik çəkəcək. Çünki bu, NATO birliyinə zərbə olar. Amma Türkiyənin Rusiya ilə enerji əməkdaşlığında iştirak edən bank və şirkətlərinə “hədəfli sanksiyalar” tətbiq olunması mümkündür. Bu, həm xəbərdarlıq, həm də təzyiq vasitəsi ola bilər.

Onu da vurğulayaq ki, ABŞ Türkiyəyə qarşı əvvəlki dövrdə sanksiya tətbiq edib.

Məsələn, ABŞ 2019-cu ildə Türkiyəyə qarşı CAATSA sanksiyaları tətbiq edib. Türkiyə Rusiyadan S-400 zenit-raket HHM kompleksi almasını ABŞ NATO təhlükəsizliyinə təhdid saydı və “CAATSA” (America's Countering America's Adversaries Through Sanctions Act) qanunu çərçivəsində sanksiya tətbiq etdi. Sanksiyalar, əsasən Türkiyə Müdafiə Sənayesi İdarəsi və onun rəhbərlərinə qarşı idi (viza məhdudiyyəti, maliyyə əməliyyatlarına qadağa və s.). Bu göstərir ki, ABŞ bütün Türkiyəni deyil, konkret strukturları hədəfə ala bilir.

Başqa bir faktı xatırladaq, 2018-ci ildə ABŞ vətəndaşı, keşiş Endryu Brunson Türkiyədə həbs olunmuşdu.

Buna görə ABŞ Türkiyəyə təzyiq üçün daxili işlər və ədliyyə nazirlərinə sanksiya tətbiq etdi. Türkiyə sonradan güzəştə getdi və Brunson azad olundu.

Bu nümunə göstərdi ki, ABŞ hədəfli sanksiyalarla siyasi güzəşt almağa çalışır.

2019–2021-ci illərdə ABŞ-da Türkiyənin dövlət bankı olan "Halkbank" İranla gizli neft-qaz əməliyyatlarına görə məhkəmə prosesinə cəlb edildi. Banka qarşı milyardlarla dollar cərimə iddiası irəli sürüldü. Bu isə göstərir ki, enerji və maliyyə sahəsində ikincili sanksiyalar Türkiyəyə qarşı realdır.

Hazırda ABŞ və Avropa Rusiya neftinə qarşı qlobal blokada qurmaq istəyir. Türkiyə Rusiya ilə enerji əməkdaşlığını davam etdirirsə (neft, qaz, Akkuyu AES və s.), ABŞ birbaşa dövlətə qarşı sanksiya qoymaz, amma Türkiyə banklarına (xüsusilə Rusiya ödənişlərini asanlaşdıranlara), enerji şirkətlərinə (Rusiyadan neft idxalı və daşınmasında iştirak edənlərə), hətta logistika və gəmiçilik sektoruna qarşı hədəfli məhdudiyyətlər qoya bilər.

ABŞ-ın əvvəlki addımları göstərir ki, Vaşinqton Türkiyəni NATO-dan uzaqlaşdırmamaq üçün ümumi dövlət sanksiyalarından qaçır, amma banklar, şirkətlər və konkret məmurlar vasitəsilə təzyiqi artırır. Enerji sahəsində də eyni model tətbiq oluna bilər.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ