Cümə axşamı günü, 01 oktyabr 2026
     

Çin Ermənistanla da strateji tərəfdaş oldu - Bakı-İrəvan prosesi üçün risq?

Image


Elşən Manafov: “Paşinyan müdrik Çin əjdahasının diplomatik fəndinə adekvat gediş edə bilməyib”

Ermənistan və Çin strateji tərəfdaşlıq qurmaq barədə razılığa gəliblər. Müvafiq birgə bəyanatı Ermənistanın baş naziri Nikol Paşinyan və Çinin sədri Si Cinpin Çinin Tianjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində keçirilən görüşdə qəbul ediblər.

Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, tərəflər siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı dərinləşdirmək niyyətində olduqlarını bəyan ediblər. Xüsusilə, Paşinyan və Si elm, təhsil, mədəniyyət, turizm, informasiya və metrologiya sahələrində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, bu ilin aprel ayında Prezident İlham Əliyevin Çinə səfəri zamanı Bakı və Pekin arasında “hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında” birgə bəyanat imzalanıb. Gürcüstan və Çin isə 2023-cü ildə strateji tərəfdaşlıq səviyyəsinə keçid etdiklərini açıqlayıblar.

Maraqlıdır, İrəvanla Pekin arasında imzalanan strateji tərəfdaşlıq bəyannaməsi Ermənistana çox fayda verəcək, ya bütün region üçün faydalı olacaq? Bu, Azərbaycanla sülh prosesinə necə təsir edə bilər?

“...Regionda sülhün və stabilliyin təmin olunması ilə bağlı məsələlərə gəlincə, rəsmi Bakı Ermənistandan fərqli olaraq...”

Sözügedən məsələyə aydınlıq gətirən politoloq Elşən Manafov “Bakı-Xəbər”ə açıqlamasında buna bir neçə aspektdən yanaşdı: “Azərbaycan və Ermənistan liderləri arasında Trampın vasitəçiliyi ilə razılaşdırılmış Vaşinqton bəyannaməsi bölgədə sülh və təhlükəsizliyin yaxın perspektivdə tam mənada bərqərar ola biləcəyi ilə bağlı ümidlərin artmasına səbəb olub. Region və onun ətrafında logistika, habelə nəqliyyat kommunikasiya ilə bağlı layihələrə marağın daha da güclənməsinə səbəb olub. Bəllidir ki, Zəngəzur dəhlizi ilə bağlı perspektiv razılıqlara geosiyasi güc mərkəzlərinin, habelə region dövlətlərinin münasibəti fərqlidir. Bu da onların fərqli geosiyasi mövqelərdə durması ilə bağlı amillərdən irəli gəlir. Azərbaycan və Ermənistan liderlərinin bu günlərdə Şanxay Əməkdaşlıq Təşkilatının 24-cü tədbirinə dəvət almaları da məhz bu amillərdən irəli gəlir. Pekin ABŞ-ın onun "Bir kəmər, bir yol layihəsinə" münasibətindən xəbərdardır. Anlayır ki, rəsmi Vaşinqton region dövlətlərinin siyasi elitaları ilə razılaşmalar hesabına Çinin mövqelərinin Avrasiya məkanında güclənməsinə səbəb ola biləcək səylərinin qarşısına sipər çəkmək istəyir. 2001-ci ildə təşkil edilmiş ŞƏT-ın tərkibinə hazırda 10 dövlət daxildir. ABŞ-ı qayğılandıran isə bu təşkilatın dünya nizamına təsir etmək potensialı və niyyətidir. Təşkilata daxil olan dövlətlər dünya ərazisinin 60 faizini, UDM-nin 25 faizini, dünyada əhalinin 45 faizini təşkil edirlər. Təşkilatın NATO kimi hərbi bloku olmasa da, dünyada sabitlik və təhlükəsizlik uğrunda mübarizə aparacağına, separatizm və terrorizmin hər cur formalarına qarşı olacağını bəyan edib. Qlobal Cənubu ehtiva edən BRİKS-in ərsəyə gəlməsində ŞƏT-in özünəməxsus rolu olub”.

Politoloq hesab edir ki, Çin də Ermənistanla strateji əməkdaşlıq barədə memorandum imzalamaqla rəsmi Pekin İrəvana ABŞ təsirlərinin bu ölkədə anti-Rusiya və anti-Çin ritorikasının güclənməsinə yol verməməyə çalışıb: “Pekin elm, təhsil, metroloğiya, innovasiyalar sahəsində əməkdaşlığa investisiya qoymağa hazır olduğunu bildirib. Paşinyan isə müdrik Çin əjdahasının diplomatik fəndinə adekvat gediş edə bilməyib. Tayvanın Çinin ayrılmaz hissəsi olduğunu bildirib. Bu isə Vaşinqton və Brüssel tərəfindən yaxşı qarşılanmayacaq. Digər tərəfdən, onun Putinlə Çində görüşü və özünü büruzə verən narazılığı göstərir ki, Paşinyan gələn il seçkilərdə onun siyasi məhvinə gətirib çıxara biləcək addımları atmaqdan çəkinəcək. Azərbaycana gəlincə, ölkəmiz hələ 2016-cı ildə ŞƏT-də qonaq statusu ilə təmsil olunmaq hüququ ilə təmin edilib. Prezident Əliyev özü 2 dəfə -2022 və 2024-ci illərdə ŞƏT-in keçirdiyi tədbirlərdə yüksək səviyyəli qonaq kimi qəbul olunub. Bu isə Azərbaycanın məlum təşkilatla çoxtərəfli münasibətlərin genişlənməsi və inkişafında maraqlı olmasından irəli gəlir. ŞƏT TransXəzər layihəsinə də ciddi maraq göstərir və rəsmi Bakı, məlumdur ki, layihənin icrası istiqamətində danışıqlarda, bir qayda olaraq, fəal iştirak edir. Regionda sülhün və stabilliyin təmin olunması ilə bağlı məsələlərə gəlincə, rəsmi Bakı Ermənistandan fərqli olaraq geosiyasi güc mərkəzləri ilə münasibətləri qarşılıqlı, faydalı əməkdaşlıq müstəvisi üzərində qurur. Bu mənada maraqlıdır ki, məhz rəsmi Bakının təklifi ilə Ermənistanla demarkasiya məsələlərinin razılaşdırılmasından sonra tərəflər arasında sərhədlərə yaxın ərazilərdə üçüncü dövlətin hərbi qüvvələrinin yerləşdirilməyəcəyi ilə bağlı müddəa Vaşinqton razılaşmasının mətninə daxil edilib. Paşinyanın Vaşinqtonda Trampla imzaladığı sənədin üzünü isə hələ indiyədək heç kəs görməyib. Çin və Rusiyanın narahatlığı da buradan qaynaqlanır. Ehtimallar var ki, razılaşmanın müddəaları Ermənistanın əsas qanunu ilə ziddiyyət təşkil edərsə, ustunluk qanuna deyil, imzalanmış sənədin özünə veriləcək”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ