Hindistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü ölkəmizin Pakistanla müttəfiqliyi səbəbindən blokladı. Gözlənilirdi ki, belə də olacaq. Hindistan bununla "can qardaşı" Ermənistanın da təşkilata üzvlüyünü əngəlləmiş oldu. Hər halda Pakistan da Ermənistanın təklikdə üzvlüyünə imkan verməz.
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Hindistan 1948-ci ildə BMT-nin məlum qərarından sonra islam dünyasına düşmən kəsilib. Pakistana münasibətdə başlamış və sonra bütün müsəlman dünyasına qarşı düşmənçiliyə çevrilmiş bu münasibət getdikcə daha da qatılaşmaqdadır. Düşmənçilik o həddədir ki, 1948-ci ildə müstəqil İsrail dövlətinin yaradılmasının əleyhinə çıxış etmiş Hindistan sonradan mövqeyini tam dəyişərək İsrailin dostu və müsəlman ərəb dünyasının qatı düşməninə çevrildi.
Beləliklə, bu gün Hindistanın Azərbaycanın əleyhinə Ermənistanla sıx dostluğu həm ümummüsəlman düşmənçiliyindən qidalanır, həm də Pakistanla böyük dostluğumuzdan...
Tahir TAĞIYEV