Cümə günü, 27 noyabr 2026
     

İrandakı soydaşlarımızın həyatında yeni mərhələ başlanır

Image


Cənub qonşumuzun nüvə proqramı ətrafında yaranan mübahisəni dinc yolla çözmək istiqamətində apardığı danışıqlar İranın ABŞ və Avropa ilə münasibətlərində yeni bir mərhələ açır. Belə vəziyyətdə İran daxilində demokratiyanın güclənməsi, o cümlədən burada etnik azlıqların, xüsusən də soydaşlarımızın hüquqlarının təmin edilməsi istiqamətində zəruri addımlar atılması gözlənir.
Ümumiyyətlə, iyulun 14-də Vyanada İran və dünyanın altı ən güclü dövləti arasında əldə edilmiş nüvə razılaşmasından sonra müxtəlif ictimai təbəqələr, siyasi cərəyanlar və etnik qruplar prezident Həsən Ruhaninin ölkə daxilində verdiyi sözlərin də yerinə yetirilməsinin zamanının çatdığını vurğulayır. Bu istiqamətdə qeyri-fars qruplar, dini azlıqlar, müəllim birlikləri, siyasi müxaliflər, jurnalistlər, tələbələr, hüquq müdafiəçiləri və qadın haqları fəalları müxtəlif yazılar və bəyanatlar yayımlayaraq fərdi azadlıqlar və etnomədəni haqların genişlənməsi, siyasi məhbusların azadlığı, müxalif liderlərin ev həbsinə son verilməsi və iqtisadi bərabərliyin təmin olunmasını tələb edir.
Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyada fəaliyyət göstərən "Durna News" internet qəzetinin dərc etdiyi "Vyanadan Urmiyaya Ruhaninin vədlərinin gerçəkləşməsi gözləyişi" başlıqlı yazıda prezidentin Azərbaycan vilayətlərində verdiyi vədləri yerinə yetirməyin o qədər də çətin və yorucu olmayacağı qeyd edilib: "Cənab prezident, siz xüsusilə ölkə daxilində başqa sözlər də vermişdiniz. Bəlkə onları gerçəkləşdirmək o qədər də çətin və nəfəskəsici olmasın. Bu sözlərin yerinə yetirilməsi sizə və ölkəyə xərci olmayacaq, hətta xeyir və bərəkət də gətirəcək...", deyə internet qəzetinin yazısında xaricdə verilən vədlərlə müqayisədə ölkə əhalisinə verilmiş sözlərə əməl etməyin daha asan və xərcsiz olduğu önə çəkilib. Həmçinin Təhminə Milani, Fəriburz Rəyis Dana, Sadiq Ziba Kəlam, Əli Şəkuri Rad kimi bəzi tanınmış sənətçi, universitet müəllimi və millət vəkilləri də Vyana razılaşmasından sonra ölkə daxilində mövcud olan problemlərin həlli, o cümlədən insan haqları durumunun yaxşılaşması istiqamətində ciddi addımların atılması üçün zamanın çatdığını ifadə ediblər.
2009-cu il prezident seçkilərinin namizədi və hazırda ev dustaqlığında saxlanan Mehdi Kərrubiyə yaxınlığı ilə tanınan "Saham News" veb səhifəsində nəşr edilən bir bəyanatda isə siyasi məhbuslar və ev həbsində olan liderlərin sərbəst buraxılması tələb edilib. İran Azərbaycanının müxtəlif vilayətlərində bir çox jurnalist, yazar, türk dil haqları müdafiəçisi, siyasətçi və millət vəkili prezident Həsən Ruhaninin "Urmiya gölünün canlandırılması", "Türk Dil Qurumunun" təsisi və ana dilində təhsil haqqının təmin edilməsinə dair verdiyi sözlərin yerinə yetirilməsi istiqamətində hər hansı ciddi bir addımın atılmadığını bildirirlər.
Lakin İrandan əməli addımları təkcə soydaşlarımız gözləmir. İranla nüvə razılığı əldə olunandan sonra İranda həbs olunan və itkin düşmüş dörd amerikalının ailələri və tərəfdarları onların geri qaytarılmasına çağırır. Bəzi ABŞ qanunvericiləri bu dörd insanın azad olunmadığı təqdirdə nüvə sazişini dəstəkləməyəcəyini deyib. Bu məsələ dövlət katibi Con Kerri, enerji naziri Ernest Moniz və maliyyə naziri Cek Lyu Nümayəndələr Palatasının üzvlərinə Vyanada əldə olunan razılığın detalları ilə bağlı məlumat verdikdən sonra gündəmə gəlib. Hər iki tərəfin rəsmiləri Vaşinqton və Tehranın nüvə razılığı tam təsdiq edildikdən sonra ikitərəfli məsələləri müzakirə edə biləcəyini deyib.
"The Washington Post" qəzeti İranda həbsdə olan müxbiri Ceyson Rezayanın azad olunması ilə bağlı artıq bir ildən çoxdur BMT-yə rəsmi şəkildə müraciət edib: "Bu işin hər bir aspekti - onun həbs olunması, məhkəmə prosesi, həbs cəzasının şərtləri insan haqlarının, habelə ləyaqətin rüsvayedici şəkildə pozulmasıdır". Rezayan İranda həbs edildiyi bəlli olan üç ABŞ vətəndaşından biridir. Dördüncüsü isə 8 il öncə orada itkin düşüb. Bu dörd amerikalının taleyi bəzi qanunvericilərin İranla əldə olunan razılaşma ilə bağlı səs verməsinə təsir göstərəcək. Lakin Obama administrasiyası bu dörd amerikalının nüvə razılığına aidiyyətinin olmadığını aydın şəkildə izah edib. Dövlət katibi Kerri deyib ki, o, İran nümayəndə heyəti ilə hər görüşdə amerikalıların qaytarılmasını istəyib: "Biz nüvə məsələsini başa çatdırsaq, İranla digər məsələlər üzərində danışıqlara başlamaq ehtimalı var ki, onlar İranın yüksək səviyyəli rəsmilərinin qərarlarına əsaslanır". Prezident Barak Obama deyir ki, dörd amerikalını geri qaytaranadək Birləşmiş Ştatlar fəaliyyətini davam etdirəcək.
Tahir TAĞIYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ