Cümə günü, 02 oktyabr 2026
     

Həm ATƏT üzvlüyündə qaldı, həm də obyektiv tənqidlərlə onu düz yola çəkir...

Image


Azərbaycanın ATƏT-dəki nümayəndəsinin bəyanatı və ABŞ-da ATƏT-in Minsk qrupunun ləğvinə çağrışlar dərin geosiyasi köklərə malikdir

Bu gün reallıqlar ondan ibarətdir ki, ABŞ və Avropa Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatçısı olmaq istiqamətində, başqa cür desək, regiona girmək uğrunda mübarizə aparırdı. Bu mübarizə 8 avqust 2025-ci ildə ABŞ-ın qələbəsi ilə başa çatdı. Bütün bunların günahkarı isə Avropa Birliyi özü, xüsusilə də onun alt qurumu olan ATƏT-dir.

Azərbaycan nümayəndə heyətinin Helsinki Yekun Aktının 50 illik yubileyi ilə bağlı bəyanatı əslində Avropanın bu istiqamətdə iflasa uğramasının səbəblərini əks etdirən bir sənəddir. Ümumiyyətlə, son zamanlar ATƏT-in təkmilləşdirilməsində Azərbaycanın fəaliyyəti aktivləşib. Azərbaycanın ATƏT-dəki nümayəndəsinin bəyanatı, ABŞ-da ATƏT-in Minsk qrupunun ləğvinə çağrışlar və s. dərin geosiyasi köklərə malikdir.

Azərbaycanın son dövrlərdə ATƏT çərçivəsindəki fəaliyyəti, xüsusilə də Minsk qrupunun ləğvi məsələsində mövqeyi bir neçə əsas kontekstdə qiymətləndirilə bilər.

Azərbaycan uzun illər Minsk qrupu formatının səmərəsizliyindən narazılığını bildirirdi. Qarabağ münaqişəsi 2020-ci ildə faktiki olaraq hərbi-siyasi yolla həll edildikdən sonra Bakı hesab edirdi ki, bu qurum missiyasını başa vurub.

ATƏT-də islahat ideyaları Azərbaycan üçün daha çox bu tip “ölü formatların” ləğv edilməsi, təşkilatın real və effektiv mexanizmlərə fokuslanması anlamına gəlir. Bu baxımdan Azərbaycan nümayəndə heyətinin Helsinki Yekun Aktının 50 illik yubileyi ilə bağlı bəyanatı kəskin və açıq tənqidlərlə doludur. Bu bəyanatın əsas məqamlarını aşağıdakı şəkildə şərh etmək olar.

Azərbaycan nümayəndə heyətinin sözügedən bəyanatında əsasən ATƏT-in fəaliyyətsizliyi vurğulanıb.

Azərbaycanın Daimi nümayəndəsi qeyd edir ki, ATƏT kontekstində Helsinki prinsiplərinin - suverenlik, sərhədlərin toxunulmazlığı və gücdən istifadə etməmək - öhdəliklərinin icrasındakı seçici yanaşmalar (ikili standartlar) ciddi uğursuzluğa səbəb olub. Bu yanaşma təşkilata olan etibarı zəiflədib və qeyri-sabitlik yaradıb.

Azərbaycanın suverenliyini bərpa etməsi ilə bağlı bəyanatda vurğulanır ki, ATƏT-in münaqişələri çözmək missiyasında uğursuzluğu nəticəsində Azərbaycan öz suverenliyini praktik addımlarla - “ədalət və qanunun bərpası” - bərpa etməyə məcbur olub. Bu, Cənubi Qafqazda sülh və stabillik üçün “tarixi imkan” yaradıb.

Bəyanatda ATƏT struktur və proseslərində islahat çağırışı xüsusi diqqət çəkir.

Azərbaycan, xüsusilə Minsk prosesi ilə bağlı ATƏT strukturlarının artıq ömürlərini başa vurduğunu və bağlanmalı olduğunu qeyd edib.

Eyni zamanda, təşkilat daxilində şəffaflığın, hesabatlılığın, büdcə intizamının artırılmasından və resursların daha səmərəli istifadəsindən söz açılıb.

Bəyanatda ATƏT-in geopolitik reallıqlara uyğunlaşmasına, çevikliyinə və funksionallığının artırılmasına ehtiyac olduğu vurğulanır. Azərbaycan, öz milli maraqlarına uyğun və praqmatik əməkdaşlığın davamlı olacağına işarə edir.

Helsinki prinsipləri fundamental hüquq və normal iqtisadi, siyasi və hərbi sabitliyin nəzəri timsalıdır. Lakin bu prinsiplərin qismən və ya ikili standartlarla tətbiqi, Azərbaycan da daxil olmaqla, iştirakçı ölkələrdə etimadsızlığı artırır və münaqişələrin həllində durğunluq yaradır.

Azərbaycan üçün "öz-özünə ədalət bərpa edilməsi" çağırışı dövlətin suverenliyini qorumaq və beynəlxalq hüququn tam şəkildə yerinə yetirilməsidir. Bu yanaşma təşkilatın yubileyi zamanı mövqeyini yenidən düşünmək və konstruktiv transformasiya yoluna keçmək üçün impuls verir.

Bəyanatda Minsk prosesi ilə bağlı struktur və platformaların artıq nəticə vermədiyi vurğulanır. Bu, ATƏT-in keçmiş missiyalarının yenidən nəzərdən keçirilməsini və yenilənməsini tələb edir.

Azərbaycanın mövqeyi beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcəyi, lakin bu əməkdaşlığın milli maraqlara uyğun, effektiv şəkildə olması zərurətinə işarədir. Bu həm reallıqla uzlaşır, həm də təşkilata qarşı təzyiq deməkdir.

Ümumilikdə, Azərbaycan nümayəndə heyətinin bu bəyanatı təkcə yubiley təntənəsi deyil, həm də çox ciddi çağırış və gözlənti dolu siyasi mesajdır - ATƏT-in özünü yenidən formalaşdıracağı və eyni zamanda Azərbaycan üçün hüquqlarının bərpasının simvoludur.

Azərbaycandakı ATƏT nümayəndəsinin bəyanatları da maraq döğurur.

Son vaxtlar ATƏT-in Azərbaycandakı daimi nümayəndəsinin çıxışlarında tərəflərin post-münaqişə dövründə əməkdaşlıq imkanlarına, sərhədin delimitasiya və demarkasiyasına, humanitar məsələlərin həllinə dəstək mesajları verilir.

Bu bəyanatlar Azərbaycanın ATƏT-lə tam qarşıdurma deyil, islahat yönümlü əməkdaşlıq xəttini qoruduğunu göstərir.

ABŞ-da Minsk qrupunun ləğvinin reallaşmaması ciddi suallar doğurur.

ABŞ Senatı və ya Dövlət Departamenti səviyyəsində Minsk qrupunun formal ləğvi baş verməyib, çünki bu, ATƏT-in kollegial qərarını tələb edir və Fransa, Rusiya kimi ölkələr buna qarşı çıxır.

Bakı üçün faktiki olaraq Minsk qrupu işləmədiyindən “siyasi ölü” hesab olunur. Amma ABŞ diplomatiyasında bəzən bu strukturun adı “ehtiyat mexanizm” kimi dəyərləndirilir. Bu, Azərbaycan üçün müəyyən qıcıq doğursa da, hazırda real təsir gücü yoxdur.

Azərbaycanın mövqeyi post-münaqişə reallıqlarını beynəlxalq təşkilatlara qəbul etdirmək üzərində qurulub.

ATƏT-lə münasibətlərdə tam qopma yoxdur, əksinə, Bakı bu təşkilatın islah olunmasını və regional sülh, əməkdaşlıq formatlarına uyğunlaşmasını istəyir.

Minsk qrupunun formal saxlanılması ABŞ və Fransanın müəyyən diplomatik manevridir, amma reallıqda onun fəaliyyəti yoxdur və Azərbaycan bunu beynəlxalq platformalarda daha çox vurğulayır. Bu vurğu Minsk qrupunu dəstəkləyənlər onun yararsızlığını anlayana qədər davam edəcək və davam etdikcə daha da kəskinləşəcək.

Akif NƏSİRLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ