ABŞ prezidenti Donald Tramp son açıqlamasında Bayden administrasiyası dövründə Ukraynaya göstərilən hərbi və maliyyə dəstəyini sərt şəkildə tənqid edib. Tramp bildirib ki, Amerika yardımı olmasaydı, Ukrayna müharibənin ilk günündə məğlub olacaqdı.
Digər NATO müttəfiqlərinin prosesə kifayət qədər dəstək verməməsini ittifaq üçün zəiflədici amil adlandıran Tramp, Bayden administrasiyasının Ukraynaya köçürdüyü 350-400 milyard dollar arasında dəyərləndirilən nəhəng vəsaitlərin taleyinin araşdırılmasının vacibliyini vurğulayıb.
Bu yardımın bir hissəsinin nağd şəkildə verildiyini iddia edən Tramp, maliyyə şəffaflığına çağırıb və bildirib ki, bu vəsaitlərin nələrə xərcləndiyi mümkün qədər tez ortaya çıxarılmalıdır.
Tahir TAĞIYEV