ABŞ prezidenti Donald Trampın Kubanı "ələ keçirmək" iddiası Vaşinqtonla Moskva arasındakı yeni gərginliyə yol açacağı artıq qaçılmaz görünür.
Belə ki, Trampın açıqlamasından dərhal sonra hər kəsə Kubanın müstəqil bir dövlət olduğunu xatırladan Rusiya, ABŞ-ın "boğucu" embarqolarına qarşı müttəfiqinə bütün mümkün yardımı göstərməyə hazır olduğunu bəyan edərək Vaşinqtona meydan oxuyub.
"Kuba, ABŞ-ın boğucu embarqosu fonunda iqtisadi çətinliklərlə üzləşən müstəqil bir ölkədir. Rusiya bu prosesdə Kubaya bütün mümkün yardımı göstərməyə hazırdır" – deyən Kreml Kubaya dəstəyini açıqlayıb.
Tahir TAĞIYEV