Bazar günü günü, 27 sentyabr 2026
     

“Yerimi deyə bilmərəm, ana!” - Şəhid Dünyamalıyev Rüstəmin anası...

Image


Raifə Dünyamalıyeva: “Oğlum zəng vurdu, danışdıq, “ana, mən gəlincə gözlə məni” dedi”

“Ana, onsuz da mən bir bir gün düşməndən öcümüzü alacağam, şəhid olsam başını dik tut, qürurla yeri, ağlama, heç ağlama... Ümidini kəsmə məndən heç vədə, əlini üzmə məndən...” Bircə oğlu Rüstəmin sözü Raifə ananın ürəyini elə göynədir ki, dillə deyiləsi deyil. Rüstəmin atası 30 yaşında dünyadan köç edib, ömrünü oğluna bağışlayıb. Sən taleyin işinə bax ki, Rüstəm də 30 yaşının tamamında şəhidlik zirvəsinə ucalıb. Raifə ana deyir ki, qızım, bütün şəhid analarının dərdi böyükdür, amma onun dərdi hamının dərdindən də böyükdür, dərdini danışsa dağ dəlinər, torpaq çatlayar, bulaqlar quruyar, quşlar qanad çalmaz bir daha...Raifə Dünyamalıyeva antiterror şəhidi Dünyamaliyev Rüstəm Nəriman oğlunun anasıdır... Gözlərinin işığı öləziyib ağlamaqdan. Deyir ki, qızım, gözümü Rüstəmə dikmişdim, onun da taleyi belə oldu.

Raifə ana ilə Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Re­dak­si­yasının ərsəyə gətirdiyi “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin III və IV cildlərinin Şamaxı rayon Mədəniyyət Mərkəzində təqdimatı zamanı tanış olduq, danışdıq, dərdləşdik, göz yaşımız bir-birinə qarışdı.

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi qulluqçusu (MAXE) Dünyamaliyev Rüstəm Nəriman oğlu 31 yanvar 1993-cü ildə Şamaxı rayonu, Qonaqkənd kəndində anadan olub. Şamaxı rayonu Qonaqkənd kənd tam orta məktəbində təhsil alıb. Orta təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarına xidmətə çağrılıb.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Dünyamaliyev Rüstəm Nəriman oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

Şamaxı, Qonaqkənd kənd qəbiristanlığında dəfn edilib.

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamına əsasən əsgər Dünyamaliyev Rüstəm Nəriman oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

“Rüstəm 30 yaşında şəhid oldu, üç övladı yadigar qaldı. Oğlum hərbiçi idi. Evləndirdim. Bir il oxudu. Sonra dedi ki, ana, icazə ver hərbiyə gedim. Qoymaq istəmirdim, amma onda olan Vətən sevgisini görüb icazə verdim. Çox vətənpərvər uşaq idi. Elə bir oğul idi ki, sözlə demək mümkün deyil. İki qızım, bir oğlum var idi. Mənim yaşadığımı heç kim yaşamayıb, qızım. Yoldaşım 30 yaşında vəfat etdi. Rüstəmi bir yaş yarımından atasız böyütdüm. Oğlumun şəhid olması mənim üçün ikinci zərbə oldu. Atasının yaşına gəlib çatdı və şəhid oldu. Bu mənə çox ağır təsir edir ki, ikisi də eyni yaşda həyatdan köçdülər. Elə bil ki, həyatımı yenidən yaşadım. Mən yaşadığımı gəlinim də yaşayır.

Hər gün ya telefonla danışırdı, ya da bacısına mesaj yazırdı. “Məndən yerimi soruşma, yerimi deyə bilmərəm, ana!” deyirdi. Yerini gizli saxlayırdı bizdən.

Rüstəm şəhid olmamışdan bir gün əvvəl Bakıya uşaqların yanına getdim. Oğlum zəng vurdu, danışdıq, “ana, mən gəlincə gözlə məni” dedi. Müharibə olduğunu anlamadım. Mənə deməmişdilər ki, antiterror başlayıb. Elə baxırdım ki, çoxlu təyyarələr gedir, ürəyimi narahatlıq bürüdü. Gəlinimdən soruşdum ki, ay qızım, nə çox təyyarə gedir? Dedi ana, bura belədir, hər gün təyyarə gedir. Elə bilirdim ki, Rüstəm təlimdədir.

Senytyabrın 20-si səhər tezdən baxdım ki, ürəyim əsim-əsim əsir. Gəlinə dedim ki, kəndə gedirəm. Çox israr etdi ki, indi çıxma, axşam bir yerdə çıxarıq. Dedim yox, mən səni gözləyə bilmərəm, gedirəm, sən axşam gələrsən. Ürəyim nə isə xəbər verir mənə, ev məni çağırır. Evə gələn kimi qızım dedi ki, ana, qardaşım dünəndən telefonla danışmayıb. Dedim qızım, ola bilsin, başı qarışıq olub. Dedi yox ana, başı qarışıq olsa da mütləq mesaj yazır, mənə mesaj gəldi, amma o mesajı qardaşım yazmayıb, başqası yazıb. Taksi tutub Şamaxıya gəldik ki, bəlkə şəhərdə nə isə bilərik. Şəhərdəki qızımgilə getdik ki, dərdimizi bir-yerdə çəkək, o, da nigaran idi. Gecə xəbər gəldi ki, Rüstəm yaralanıb evə aparırlar. Dedim yaralanmayıb, yaralını evə niyə gətirirlər ki? Uşağam məni aldadırsınız? Mənim oğlum dedi ki, ana, bir gün üstünə şəhid gələcəm, balam şəhid olub, məndən heç nəyi gizlətməyin. Oğlum mənə dedi ki, ana, başını dik tutarsan, mən elə oğul deyiləm ki, başını ağağı edəm. Qürurluyam, balam şəhidlik şərbəti içib. Amma yaşamaq çətindi mənə. Balaları qalıb. O ağır həyatı mən yaşamışam...Uşağının biri məktəbdə oxuyur, ikisi bağçaya gedir. Şanslıyam ki, Vətənə layiqli oğul böyütdüm. Fəxr edirəm, balamla. Bir gün Rüstəm mənə dedi ki, ana, sən ölsən mənim dərdimi kim çəkəcək, mən ölsəm sən mənim dərdimi çəkərsən, sən hara ölürsən? Heç hərbidə xidmətə getməmişdi, deyirdi ki, ana, ölməyə hazırlaşma, öndə mən gedəcəm, sonra sən...Qıymazdım o sözü mənə desin. Amma gülə-gülə deyirdi, zarafat etdiyini zənn edirdim. Yenə də şükür, balaları qalıb, yuvasını isidənləri var. Hər gün şəkillərinə baxıram, bir başqa təsəllim yoxdu”.

Raifə ana bildirdi ki, Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Respublika Xatirə Kitabı Redaksiyasının çap etdiyi kitablar da şəhid ailələri, anaları üçün böyük təsəllidir. “Bu kitablar yazılır, oğullarımızın adları işıqlandırılır. Təsəllimiz odur ki, qəhrəman oğullarımız unudulmayacaq, onları gələcək nəsillər də tanıyacaq. Bizim təşnə ürəyimizə su çiləyənlərə təşəkkür edirik”-dedi Raifə ana. Ağlamaqdan gözləri sanki quyuya batıb ananın...amma göz yaşının içində ona təsəlli olacaq qürur var. Ana inanır ki, Rüstəm kimi oğullar əbədiyyən yaşayacaq...

Ulu Şamaxının qəhrəman, cəsur oğullarından biri olan Rüstəm Dünyamalıyevin anasının dilindən şəhidin ömür dastanından bir damla da olsun sizə çatdırdıq. Şəhdilərin ölməz Vətən, sən durduqca, var olduqca onlar da var olacaq!!!

İradə SARIYEVA

Şamaxı-Bakı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ