İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Böyük Britaniya və Fransanın Hörmüz boğazına hərbi gəmilər göndərmək hazırlıqlarına sərt reaksiya verib.
Qəribabadi, regiondan olmayan ölkələrin Hörmüz boğazını qorumaq bəhanəsi ilə ora hərbi gəmilər göndərməsinin böhranı daha da şiddətləndirəcəyi və regionun hərbiləşdirilməsinə səbəb olacağı barədə xəbərdarlıq edib. Bildirib ki, Hörmüz boğazının təhlükəsizliyini yalnız İran təmin edir.
Hörmüz boğazının kənar ölkələrin ortaq mülkiyyəti olmadığını bildirən Qəribabadi, İran Silahlı Qüvvələrinin Hörmüz boğazında hərbi gəmilər yerləşdirmək cəhdlərinə qarşı cavab tədbirləri görəcəyi barədə xəbərdarlıq edib.
Fransa və Britaniya müharibədən sonra təhlükəsiz naviqasiyanı təmin etmək üçün bölgədə gəmiləri müşayiət edəcək müdafiə missiyası quracaqlarını açıqlamışdılar.
Tahir TAĞIYEV