Bu cür yarışın işğaldan azad olunmuş ərazilərdə təşkili Azərbaycanın dünya miqyasında bir daha tanıdılmasına kömək olacaq. Xaricilər də bizim gözəl, füsunkar, səfalı yerlərimizin olduğunu görəcəklər.
Bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov mayın 10-14-də keçiriləcək “Bakı-Xankəndi” Azərbaycan Velosiped yarışı öncəsi təşkil olunan mətbuat konfransında deyib.
S. Ələkbərov yaşın ümumi mükafat fondunun 50 min avrodan çox olduğunu qeyd edib.
Qeyd edək ki, mayın 10-da start götürəcək “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edəcək. 5 gün davam edəcək yarışın əsas məqsədi Azərbaycanda velosiped idmanının inkişafına töhfə vermək, ölkəmizin beynəlxalq idman arenalarında nüfuzunu daha da artırmaq və regionun idman turizmi potensialını tanıtmaqdır.
ZÜMRÜD