Ermənistanda kilsə-hakimiyyət çəkişmələri fonunda cəmiyyətdə baş verən parçalanmalar Qarabağın işğalı dönəmində ermənilərin Azərbaycan ərazisində törətdiyi cinayət əməllərinin də gün üzünə çıxmasına səbəb olur.
Qarşılıqlı suçlamalar fonunda açılan əməllər isə, nə qədər gözlənilməz olsa da, elə erməni vətəndaşlarının özləri tərəfindən ifşa olunaraq qınanılır.
Bu günlərdə erməni bloger Roman Baqdasaryanın hansısa “keşiş Parkeri” özünün facebook səhifəsində “yıxıb-sürüməsi” dediklərimizə əyanı misaldır. Paylaşdığı videogörüntüdə bloger bildirir ki, 1992-ci ildə Şuşa işğal olunarkən burada hansı evin kimə veriləcəyinə adıçəkilən keşiş qərar verirdi. “Sən kimsən ki, adın “müqəddəs ata” ola-ola Azərbaycan torpaqlarına soxulub onların evlərinin sağa-sola paylanmasına qərar verirsən, müqəddəs ata deyilən kəs bu cür əmələ necə qol qoya bilər”- deyə sual edən blogerin videogörüntüsünü təqdim edirik:
Ramil QULİYEV