Bu gün IRNA xəbər agentliyindən bildirilib ki, İranın ABŞ-nin müharibəyə son qoymaq üçün təqdim etdiyi son təklifə cavabı Pakistan vasitəçisinə göndərilib. Məlumata görə, cavab rəsmi kanallar üzərindən İslam Respublikasının mövqeyini çatdırmaq məqsədilə təqdim edilib. Şənbə günü ABŞ prezidenti Donald Tramp İranın cavabını mümkün qədər tez alacağını gözlədiyini bildirmişdi. Xatırladaq ki, daha əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü açıqlamasında Tehran rəsmilərinin ABŞ təklifləri ilə bağlı rəy və müşahidələrinin araşdırmalar yekunlaşdıqdan və nəticələr çıxarıldıqdan sonra göndəriləcəyini qeyd etmişdi.
İRADƏ