ABŞ-ın məxfiliyini ləğv edib ictimaiyyətə açıqladığı Uçan Naməlum Obyekt (UNO) dosyalarından götürülmüş tarixi görüntülər, qabaqcıl görüntü emalı texnologiyaları sayəsində 4K-ya qədər yüksəldilib.
İllərdir 144p kimi çox aşağı keyfiyyətdə və mübahisələrə səbəb olan bu videoların yeni versiyaları obyektlərin quruluş xüsusiyyətlərini açıq şəkildə ortaya qoyur. Nəticədə diqqətçəkən görüntülər ortaya çıxıb.
Görüntülərin dəqiqləşdirilməsi ilə uzun müddətdir davam edən UNO müzakirəsi yenidən alovlanıb. Tədqiqatçılar ABŞ-ın rəsmi dosyalarından əldə edilən ilkin görüntülərin texnoloji cəhətdən təkmilləşdirilməsi vacibliyini bildiriblər: "Qabaqcıl 4K və görüntü emalı texnologiyaları keçmişdən qalmış qaranlıq faylları yenidən araşdırmaq üçün fürsət yaradır. Bu, vizual anomaliyalarla real fiziki obyektlər arasındakı fərqi daha yaxşı təhlil etməyə imkan verir".
Tahir TAĞIYEV