ABŞ və İsrailin İrana hücumları ilə başlayan Yaxın Şərqdəki gərginlik bütün dünya ölkələrinə təsir edib. ABŞ Prezidenti Tramp İtaliya mətbuatına açıqlamasında bu ölkədəki qoşunların mövcudluğu ilə bağlı mesajlar verib.
Tramp "Corriere della Sera" qəzetinə müsahibəsində Roma hökuməti ilə əlaqələri kəsə biləcək açıqlamalar verib. "İranda mümkün atəşkəsdən sonra İtaliyanın bölgəyə mina təmizləyən gəmilər göndərə biləcəyini" xatırladan müxbirin sözünü kəsən Tramp, Romanın təklifini rədd edib: "İtaliya ehtiyac duyduğumuz zaman yanımızda deyildi".
Tramp ABŞ qoşunlarını İtaliyadan çıxara biləcəklərini deyib: "İtaliyadakı bazalardan qoşunları çıxarmağı düşünürəm. Etibar sarsılıb".
ABŞ prezidenti bundan əvvəl Almaniyadan 5000 əsgərin çıxarılacağını açıqlamışdı.
Tahir TAĞIYEV