Rusiya Prezidenti Vladimir Putin paytaxt Moskvada keçirilən mətbuat konfransında Ukrayna müharibəsi ilə bağlı bütün dünyanın diqqətini cəlb edən açıqlamalar verib.
Dörd ildir davam edən qanlı münaqişənin sona yaxınlaşdığını vurğulayan Putin, ukraynalı həmkarı Zelenski görüş və sülh mesajı verib.
Zelenskini əvvəllər Moskvaya dəvət etdiyini xatırladan Rusiya lideri, sülh masasının harada qurulacağı ilə bağlı şərtlərini bu sözlərlə ifadə edib: "Üçüncü bir ölkədə görüşmək mümkündür, amma bu yalnız sülh müqaviləsi üzrə yekun razılaşma əldə edildiyi təqdirdə mümkün ola bilər. Belə bir razılaşma uzunmüddətli tarixi perspektiv nəzərə alınmaqla hazırlanmalıdır”.
Putin, meydandakı gərginliyin diplomatik manevrlərlə əvəzləndiyi bu günlərdə, müharibənin gedişatı barədə nikbin danışıb. Rusiya lideri müharibənin sona yaxınlaşdığına inandığını bildirib.
Tahir TAĞIYEV