İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici İşlər Komissiyasının rəhbəri İbrahim Əzizi region ölkələrini, xüsusən də Bəhreyni ABŞ-ın İrana qarşı hərəkətlərində tərəf tutmamaq barədə xəbərdar edib.
Bəhreyndə İran İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli olmaqda şübhəli bilinən 41 nəfərin saxlanıldığı barədə xəbərlərin ardından sosial media hesabında paylaşım edən Əzizi Manama hökumətini hədəfə alıb.
"Bəhreyn kimi mikrodövlətlər də daxil olmaqla hökumətləri, ABŞ-ın dəstəklədiyi qərara qoşulmağın ciddi nəticələrə səbəb olacağı barədə xəbərdar edirik. Hörmüz boğazı həyati bir xilas yoludur, onu özünüzə əbədi olaraq qapatmaq riskini almayın".
ABŞ-İsrail hücumları ilə başlayan müharibə zamanı Bəhreyni və bəzi digər ərəb ölkələrini təcavüzkarların öz ərazilərindən və hava məkanlarından istifadə etməsinə icazə verməkdə günahlandıran İran, Bəhreyndə ABŞ bazalarına və hədəflərinə hücumlar həyata keçirmişdi.
Tahir TAĞIYEV