Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya işləri çox böyük prosesdir. Burada çox texniki məsələlər var. Qısa müddət ərzində həyata keçirilə bilən proses deyil. Bu istiqamətdə işlər gedir.
Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir aprelin 29-da Azərbaycan nümayəndə heyətinin Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Ermənistana səfər etdiyini xatırladaraq deyib: “Orada komissiyaların növbəti iclası keçirildi və reqlament tipli üç sənəd razılaşdırıldı. Həmin sənədlər sonrakı prosedurların reqlamentini müəyyən edir. Bundan öncə noyabrda Azərbaycanın Qəbələ şəhərinə Ermənistanın nümayəndə heyəti gəlmişdi və orada danışıqlar keçirilmişdi. Proses davam edir. Əminəm ki, növbəti aylarda da bunun davamının şahidi olacağıq”.
ZÜMRÜD