İspaniya Kanar adaları yaxınlığında lövbər salmış və üç nəfərin hantavirusdan öldüyü kruiz gəmisindən təxliyələrə başlayıb. Bu barədə BBC-nin xəbərində deyilir. Bildirilir ki, Səhiyyə naziri Monika Qarsiya əməliyyatın "normal davam etdiyini" və MS Hondiusdakı bütün sərnişinlərin hələ də simptomsuz olduğunu bildirib.
Xəbərdə deyilir ki, sərnişinlər milliyyətlərinə görə qruplara bölünəcək və kiçik qayıqlarla sahilə daşınacaq. Təyyarələr sərnişinləri ölkələrinə geri göndərmək üçün hava limanında gözləyəcək. Əvvəlcə gəmidən 14 İspaniya vətəndaşı, ardınca Hollandiya tərəfindən gətirilənlər, həmçinin Hollandiya, Yunanıstan və Almaniya vətəndaşları və bəzi heyət üzvləri çıxacaq. Böyük Britaniya və ABŞ da daxil olmaqla, əlavə uçuşların həyata keçirilməsi planlaşdırılır. Son təxliyə uçuşunun bazar ertəsi günü Avstraliyaya yola düşməsi gözlənilir.
SAMİRƏ