İsrailin İrana hücum planlarını dəstəkləmək üçün İraq səhrasında gizli hərbi post qurduğu ortaya çıxıb.
“The Wall Street Journal” qəzeti ABŞ rəsmiləri də daxil olmaqla müxtəlif mənbələrə istinadən, İsrailin sözügedən obyekti İrana qarşı əməliyyatlardan qısa müddət əvvəl inşa etdiyi iddia edir. O da bildirilir ki, hərbi postun qurulmasından ABŞ-ın da xəbəri olub.
İddialara görə, əraziyə İsrail xüsusi təyinatlı qüvvələri yerləşdirilib və obyekt İsrail hava qüvvələri üçün logistika mərkəzi kimi istifadə edilib. O da iddia edilir ki, postu aşkarlamaq üzrəolan İraq qoşunları İsrail hava hücumları nəticəsində ərazidən uzaqlaşdırılıb.
İraq mediası isə yazır ki, postu ilk olaraq bir çoban aşkarlayıb. Bildirilir ki, çoban ərazidə vertolyotlar və qeyri-adi hərbi əməliyyatlar müşahidə edib. Bundan sonra İraq ordusu bölgəyə qoşun göndərib, lakin posta yaxınlaşan bu qoşunlar İsrailin hava hücumları səbəbindən geri çəkilməyə məcbur olub.
Tahir TAĞIYEV