Cənubi Amerikaya səyahət zamanı təhlükəli hantavirus infeksiyasına yoluxan ilk şəxsin kimliyi bəlli olub.
New York Post qəzetinin məlumatına görə, hantavirusa ilk yoluxan və xəstəliyin ilk qurbanı 70 yaşlı alim Leo Şilperord olub. Xəbərə görə, o və 69 yaşlı həyat yoldaşı Miriam Cənubi Amerika ölkələrinə beş aylıq turneyə çıxmışdılar.
Səyahətçilər 27 noyabrda Argentinaya çatıb, sonra Çili və Uruqvaya səfər ediblər. Martın sonlarında cütlük quşları müşahidə etmək üçün Argentinaya qayıdıb. Burada onların təhlükəli virus daşıyan gəmiricilərlə təmasda olduğu ehtimal edilir ki, bu da sonda faciəvi nəticələrə səbəb olub.
SAMİRƏ