İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi, İranın ABŞ-a təklifinin "radikal olmadığını", ABŞ-ın isə əsassız tələblər irəli sürməyə davam etdiyini bildirib.
Bekayi bildirib ki, ABŞ məntiqsiz tələblərində israr edir: "Bu mərhələdə diqqətimiz müharibənin bitməsinə yönəlib. Nüvə və zənginləşdirmə məsələləri daha sonra verəcəyimiz qərarlar və variantlarla birgə müzakirə ediləcək məsələlərdir. ABŞ məntiqsiz tələblərində israr edir və birtərəfli baxışını tətbiq etməyə davam edir".
Bekayi, ABŞ-a təqdim etdikləri təkliflə bağlı isə bunları bildirib: "Biz təkcə İranın təhlükəsizliyi ilə deyil, həm də bütün regionun təhlükəsizliyi ilə bağlı bir təklif irəli sürdük. Biz güzəşt tələb etmədik, istədiyimiz İranın hüquqlarıdır. Biz yalnız ölkəmizin müharibəyə son qoymaq hüququnu tələb edirik. Xüsusilə Livanda müharibənin tamamilə dayandırılması, Hörmüz boğazında və Fars körfəzində dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi, ABŞ blokadasına son qoyulması və ABŞ-ın təzyiqi altında banklarda ədalətsiz saxlanılan İranın dondurulmuş aktivlərinin azad edilməsi gündəmdədir və bunlar bizim qanuni tələblərimizdir".
Bekayi həmçinin bildirib ki, danışıqlar uğursuz olarsa və ya İrana yeni hücum olarsa, "döyüşməyə məcbur qaldığımız zaman döyüşəcəyik".
Tahir TAĞIYEV