ABŞ prezidenti Donald Tramp ölkəsinin artıq “Kuba məsələsini” həll etmək niyyətində olduğunu bildirib.
"Bu ölkə illərdir tənəzzüldədir. Birini həll etməzdən əvvəl digərinə son qoyacağıq", - deyə o, "Full Measure" proqramına verdiyi müsahibədə administrasiyasının Kuba ilə bağlı gələcək tədbirlərini müzakirə edərkən bildirib. ABŞ rəhbərliyinin Kuba hakimiyyəti ilə əlaqə saxlayıb-saxlamadığı barədə suala cavabında isə Tramp bildirib ki, "Marko Rubio bununla məşğuldur". Xatırladaq ki, Axios hələ fevral ayında ABŞ dövlət katibinin Raul Kastronun nəvəsi Raul Gilyermo Rodriges Kastro ilə gizli şəkildə adanın gələcəyini müzakirə etdiyini xəbər vermişdi.
SAMİRƏ