Bazar günü günü, 27 sentyabr 2026
     

Prezident İlham Əliyev və Mehriban Əliyeva Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar - FOTO/VİDEO/YENİLƏNDİ

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma kənddə həyata keçirilmiş və nəzərdə tutulan işlər barədə məlumat verdi.

Xanoba kəndi Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsində, rayon mərkəzindən 15 kilometr cənub-qərbdə yerləşir. Bura Qarabağ xanlarına məxsus olmuş yaşayış məntəqəsidir. İşğaldan əvvəl kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və rabitə şöbəsi fəaliyyət göstərib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Kənddə mövcud fərdi evlərin sayı 153-dür. Onlardan da 21-i yararsız, 132-si isə qismən yararlıdır. Qismən yararlı evlərdən 26-sı artıq istismara hazırdır. Bu ilin sonunadək daha 106 ev hazır olacaq.

Bir neçə gün əvvəl ilkin mərhələdə kəndə 25 ailə - 114 nəfər qayıdıb. Oktyabradək daha 107 ailənin köçürülməsi planlaşdırılır. Ümumilikdə ötən ilin oktyabrından Xocavənd rayonunun 6 yaşayış məntəqəsinə 1818 nəfər - 441 ailə qayıdıb.

Xanoba kəndində sosial məsələlərin həlli istiqamətində bir sıra işlər görülüb. Kənddəki mövcud 2 transformator məntəqəsi, elektrik və qaz xətləri bərpa olunub, eyni zamanda, yeni elektrik, qaz və optik xətlər çəkilib, subartezian quyusunda və nasos stansiyasında təmir işləri aparılıb.

X X X

Sonra dövlətimizin başçısı və birinci xanım kəndə köçmüş Bəybala Qasımovun evində olublar.

Sakin: Xoş gəlmisiniz, cənab Ali Baş Komandan.

Prezident İlham Əliyev: Salam. Necəsən? Maşallah.

Birinci xanım Mehriban Əliyeva: Təbrik edirəm bayramınızı.

Qadın sakin: Çox sağ olun.

Birinci xanım Mehriban Əliyeva: Təbrik edirəm.

Qadın sakin: Çox sağ olun, var olun.

Birinci xanım Mehriban Əliyeva: Balaca gözdən sizə oxşayır. Neçə yaşın var, Ayaz? Ayazın neçə yaşı var?

Qadın sakin: Üç.

Birinci xanım Mehriban Əliyeva: Üç? Sən nə yaxşı hündürboy oğlansan? Mən elə bildim 5 yaşın var sənin. Maşallah. Gedək.

Qadın sakin: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Şəraitiniz necədir?

Sakin: Şükür, hər şey yaxşıdır. Allah Sizdən razı olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

Prezident İlham Əliyev: Amin.

Sakin: Allah Sizi başımızın üstündən əskik eləməsin.

Prezident İlham Əliyev: Çox sağ olun. Bayram ərəfəsində burada, Qarabağda olmaq çox xoşdur, təbrik edirəm.

Sakin: Allah köməyiniz olsun, çox sağ olun.

Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?

Sakin: Ağcabədidə.

Prezident İlham Əliyev: Neçə gündür gəlmisiniz?

Sakinlər: 3-4 gündür.

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov:Bir neçə ailədir. Valideynləri də köçüblər, qonşudurlar.

Birinci xanım Mehriban Əliyeva: Qırmızı "KamAZ" olacaq.

Sakin: Allah Sizdən razı olsun, Allah Sizə kömək olsun.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Gedək göstərək bizim maşını.

Birinci xanım Mehriban Əliyeva: İstəyirsən maşına minmək?

Qadın sakin: Maşına baxırsan?

Birinci xanım Mehriban Əliyeva: İstəyirsən?

Uşaq: Hə.

Birinci xanım Mehriban Əliyeva: Gedək. Gəl, otur görək.

Prezident İlham Əliyev: Xoşuna gəlir bu maşın?

Birinci xanım Mehriban Əliyeva: Yaxşı maşındır? Bu yaxşıdır, yoxsa "KamAZ" yaxşıdır?

Uşaq: Hə.

Birinci xanım Mehriban Əliyeva: "KamAZ". Gəl öpüm səni. Babanı da öpürsən?

Sakin: De, sağ ol baba.

Uşaq: Mən sənin maşınını istəyirəm.

Birinci xanım Mehriban Əliyeva: İstəyirsən, yaxşı. Sağ olun, təbrik edirəm.

Sakinlər: Sağ olun, Allah köməyiniz olsun.

X X X

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xanobaya qayıdan kənd sakinləri ilə görüşüblər.

Dövlətimizin başçısı Xanoba kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıb.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənd sakinləri ilə söhbət ediblər.

Prezident İlham Əliyev: Salamaleyküm, bayramınız mübarək, təbrik edirəm.

Sakin: Salam, sağ olun, Sizinlə bahəm. Sizi də təbrik edirik.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Cənab Prezident, xoş gəlmisiniz, bayramınız mübarək olsun.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Cənab Prezident, Allah Sizə dəyməsin. Allah Sizə uzun ömür, cansağlığı versin.

Prezident İlham Əliyev: Sağ olun, sizə də cansağlığı arzulayıram.

Prezident İlham Əliyev: İşlər necə gedir?

Sakinlər: Əla, çox gözəl.

Prezident İlham Əliyev: Neçə gündür buradasınız, üç-dörd gündür buradasınız?

Sakinlər: Bəli.

Prezident İlham Əliyev: Ev şəraiti necədir?

Sakin: Əladır, çox sağ olun.

Prezident İlham Əliyev: Bu kənddə bütün şərait var, yaşamaq, işləmək.

Sakin: Var, şükür Allaha.

Prezident İlham Əliyev: Əsas odur ki, doğma Qarabağ torpağına qayıtmısınız. Qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm. Həm Ramazan, həm Novruz bayramlarını burada - doğma Qarabağ diyarında qeyd edəcəksiniz. Bu, böyük xoşbəxtlikdir. Uzun fasilədən sonra artıq bu bayramları doğma vətəndə qeyd edəcəksiniz.

Sakinlər: Çox sağ olun, Sizin sayənizdə, Allah Sizə ömür versin.

Prezident İlham Əliyev: İşğal dövründə harada yerləşmişdiniz?

Sakin: Xocavənd qəsəbəsində.

Prezident İlham Əliyev: Dövlət tərəfindən tikilən qəsəbədə?

Sakinlər: Bəli, Sizin sayənizdə tikilmiş binalarda yerləşmişdik.

Prezident İlham Əliyev: Novruz tonqalı da buradadır, gedək birlikdə onu alovlandıraq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə birlikdə Novruz tonqalını alovlandırdılar.

Prezident İlham Əliyev: Gəlin, birlikdə şəkil çəkdirək.

Şəkil çəkdirilir.

Birinci xanım Mehriban Əliyeva: Sağ olun, bir daha təbrik edirəm, uğurlu olsun.

Sakin: Çox sağ olun, minnətdarıq.

Prezident İlham Əliyev: Doğma vətəndə.

Sakin: Sizin sayənizdə, Allah Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Şəhidlərimizin, qazilərimizin sayəsində.

Prezident İlham Əliyev: Bəli, Allah rəhmət eləsin.

Sakin: Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı, Sizə də uzun ömür arzulayırıq. Hər zaman xalqımızın başının üstündə olasınız.

Sakinlər: Amin, inşallah. Allah ölkəmizi, xalqımızı, hər bir valideyni, hər bir uşağı qorusun, amin.

Sakin: Cənab Prezident, 1992-1993-cü illərdə biz buradan ağlayaraq, sürünərək getmişik. İndi buraya sevinc hissi ilə qayıtmışıq, Sizin sayənizdə qayıtdıq, Sizin rəhbərliyinizlə, Sizin “dəmir yumruğ”unuz sayəsində, Ordumuzun gücü ilə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

Prezident İlham Əliyev: Amin.

Sakin: Sizə çox təşəkkür edirik. O vaxt mən buradan tək çıxmışdım, bu gün isə bura 6 uşağımla gəlmişəm.

Prezident İlham Əliyev: Allah saxlasın.

Sakin: Allah Sizə cansağlığı, uzun ömür versin, cənab Prezident.

Prezident İlham Əliyev: Çox sağ olun, doğrudan da böyük xoşbəxtlikdir. Artıq iki ildir ki, bu diyar işğalçılardan azad olunub, Xanoba kəndi 2023-cü ilin sentyabr ayında işğaldan azad edilmişdir və bundan sonra artıq bərpa işləri başlanmışdır, evlər yenidən tikildi-quruldu, bütün şərait yaradıldı. Yəni bu şanlı Zəfərimiz artıq neçə ildir bizim qürur mənbəyimizdir. Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. Birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalını da Qarabağda birlikdə qalayırıq. Bu, böyük xoşbəxtlikdir.

Sakin: Bəli, Allah Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Biz öz milli qürurumuzu bərpa etdik, ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Silahlı Qüvvələrimiz həm 2020-ci ildə, həm 2023-cü ildə böyük qəhrəmanlıq göstərmişdir. Bunun nəticəsində biz bu gün bu torpaqlardayıq və biz bu torpaqların əsl sahibləriyik. Çünki Ermənistan buranı viran qoymuşdu. Yəni bütün kənd, qəsəbə, şəhər - hamısını dağıtmışdı. Burada bir neçə daxma tipli ev qalmışdı, amma indi baxın. Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı nə gündə idi, yerlə-yeksan etmişdilər. Xaricdən gələn erməniləri Laçında, Kəlbəcərdə qanunsuz məskunlaşdırmışdılar, ora da bərbad vəziyyətdə idi. Yəni hamısını biz yenidən qururuq. Cəmi 5-6 il ərzində Qarabağda və Şərqi Zəngəzurda 80 mindən çox insan yaşayır, çalışır, təhsil alır. Demək olar ki, hər ay, bəlkə də hər həftə keçmiş köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz doğma diyarlarına qayıdırlar. Siz də artıq üç-dörd gündür ki, buradasınız. Yerləşmisiniz, hər şey yaxşıdır?

Sakin: Sağ olun, uşaqları da götürüb gəlmişik.

Prezident İlham Əliyev: Neçə uşaqdır?

Sakin: Altı uşaqdır, üzr istəyirəm, yoldaşım qəhrəman anadır.

Prezident İlham Əliyev: Allah saxlasın. Çox yaxşı. Allah köməyiniz olsun. Yaxşı nümunə göstərirsiniz. Gərək əhali artsın, mütləq.

Sakin: Allah köməyiniz olsun.

Prezident İlham Əliyev: Düzdür, bu gün də artır, amma daha da sürətlə arta bilər.

Sakin: Biz Sizinlə fəxr edirik, dövlətimizlə fəxr edirik.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Allah köməyiniz olsun, Allah Sizi var eləsin, dövlətimizi var eləsin.

Prezident İlham Əliyev: Sizi bir daha təbrik edirəm. Artıq sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində xoşbəxt yaşayın. İndi qurub-yaratmaq dövrüdür. Ona görə kənddə də bütün şərait var, məşğulluqla bağlı da imkanlar var. Həm dövlət, həm də ki, özəl sahədə. Özəl əkin sahələri var, örüş sahələri, su var. Yəni işıq, qaz.

Sakin: Gözəl havası var.

Prezident İlham Əliyev: Kurort havası var, kurortda yaşayırsınız. Layiqsiniz. İndi havanın fərqini görürsünüz.

Qadın sakin: Havası çox gözəldir, tərtəmiz havası var.

Prezident İlham Əliyev: Hava, su insanın sağlamlığı üçün əsas şərtlərdən biridir. Siz işğal dövründə harada yaşamısınız?

Qadın sakin: Xocavənd rayonunun qəsəbəsində.

Prezident İlham Əliyev: İndi biz bu doğma Qarabağ torpağında əbədi yaşayacağıq.

Sakin: Azərbaycanın hər tərəfi bizim torpağımızdır, amma buralar bizim dədə-baba yurdumuzdur. Ona görə də biz buralara gəlməli idik.

Prezident İlham Əliyev: Düzdür, gəlməli idik və gəldik, qalib xalq kimi qayıtdıq. Sizi bir daha təbrik edirəm.

Sakinlər: Sağ olun, var olun.

Sakin: Cənab Prezident, Sizinlə şəkil çəkdirmək olar?

Prezident İlham Əliyev: Əlbəttə olar, çəkdirək.

Sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Siz harada yaşamısınız?

Sakin: Biz Füzuli rayonunun Yuxarı Veysəlli kəndində.

Prezident İlham Əliyev: Yuxarı Veysəlli?

Sakin: Bəli.

Prezident İlham Əliyev: Hə, təmas xəttinə yaxın.

Sakin: Cənab Prezident, yalın o biri üzündədir.

Prezident İlham Əliyev: Aşağı Veysəlli o, anklav idi.

Sakin: Bəli, neytral zona idi. Biz Aşağı Veysəllidən gəlib baxırdıq buralara, həsrətlə baxırdıq. Mənim buradan çıxanda yeddi yaşım var idi. Deyirdim ki, görəsən, biz bu dağlara qayıda biləcəyik? Sizin sayənizdə, şəhidlərimizin sayəsində gəldik, bu gün buradayıq.

Şəkil çəkdirilir.

Prezident İlham Əliyev: Mehriban, sən də gəl, bizimlə şəkil çəkdir. Gəlin, gəlin.

Sakinlər: Sağ olun, çox sağ olun, Allah köməyiniz olsun.

Birinci xanım Mehriban Əliyeva: Qəhrəman ana ilə mən də çəkdirim.

Prezident İlham Əliyev: Bəli, gəl. Nümunə olmalısınız.

Birinci xanım Mehriban Əliyeva: Maşallah, Allah saxlasın.

Sakinlər: Çox sağ olun, var olasınız.

Birinci xanım Mehriban Əliyeva: Neçə yaşı var ən böyüyünün?

Qadın sakin: 18. Universitetə hazırlaşır. 11-ci sinifdədir hələ.

Birinci xanım Mehriban Əliyeva: Ən böyüyü, ən balacası?

Qadın sakin: Balacası, 4 yaşındadır.

Birinci xanım Mehriban Əliyeva: Maşallah.

Sakin: Maşallah gününüz olsun.

Birinci xanım Mehriban Əliyeva: Neçəsi qız, neçəsi oğlandır?

Sakin: 4-ü qızdır, 2-si oğlan.

Birinci xanım Mehriban Əliyeva: Allah saxlasın.

Kişi sakin: Çox sağ olun, Allah sizinkilərə dəyməsin, cansağlığı versin.

Sakin: Cənab Prezident, icazə olar şəkil çəkdirək?

Prezident İlham Əliyev: Bəli, gəlin.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Neçə medalın var?

Sakin: Beş.

Prezident İlham Əliyev: Beş?

Sakin: Allah Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Sağ olun, bir daha bayramınız mübarək.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ