Bazar günü günü, 27 sentyabr 2026
     

Rəqəmsal biliklərin təhsildə aşılanması strateji zərurətdir...

Image


Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına müəyyən dəyişikliklər edilməli olduğunu vurğulayıb.

Dövlət başçısı son vaxtlar bu istiqamətdə müəyyən işlərin görüldüyünü də diqqətə çatdırıb: “Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir”.

İqtisadiyyat getdikcə daha çox rəqəmsal bacarıqlara əsaslanır

Faktdır ki, müasir dövrdə rəqəmsallaşma cəmiyyətin bütün sahələrinə sirayət edib və təhsil sistemi də bu prosesdən kənarda qalmır. Azərbaycan üçün rəqəmsal biliklərin təhsildə aşılanması artıq seçim deyil, strateji zərurətdir. Qlobal əmək bazarında rəqabət qabiliyyətli insan kapitalının formalaşdırılması, innovasiya və texnologiya əsaslı iqtisadiyyatın qurulması birbaşa olaraq məktəblərdə və ali təhsil müəssisələrində rəqəmsal bacarıqların inkişaf səviyyəsindən asılıdır.

Son illərdə Azərbaycan hökuməti təhsil sahəsində rəqəmsallaşma istiqamətində mühüm addımlar atıb. Xüsusilə, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müxtəlif proqramlar məktəblərin texniki bazasının gücləndirilməsinə, elektron resursların yaradılmasına və müəllimlərin rəqəmsal bacarıqlarının artırılmasına yönəlib. Elektron jurnal və gündəlik sistemləri, onlayn təhsil platformaları və məsafədən təhsil imkanları bu istiqamətdə atılmış addımların bir hissəsidir. Rəqəmsal biliklərin aşılanmasının ən mühüm tərəfi şagirdlərin analitik düşüncə və problem həll etmə bacarıqlarının inkişafıdır. İbtidai təhsil səviyyəsi şagird şəxsiyyətinin formalaşmasında əsas mərhələ olduğundan bu səviyyədə fəaliyyət göstərəcək müəllimlərin rəqəmsal bacarıqlara yüksək səviyyədə yiyələnməsi xüsusi əhəmiyyət kəsb edir. Gələcək müəllimlər rəqəmsal mühitdə təlimi layihələndirməyi, süni zəka alətlərindən səmərəli istifadə etməyi və şagirdlərdə təhlükəsiz rəqəmsal davranış mədəniyyətini formalaşdırmağı bacarmalıdırlar. Proqramlaşdırma, alqoritmik təfəkkür və informasiya texnologiyalarının əsaslarının erkən yaşlardan öyrədilməsi şagirdlərdə məntiqi düşüncəni gücləndirir. Bu isə gələcəkdə mühəndislik, süni intellekt, kibertəhlükəsizlik və digər yüksək texnologiya sahələrində kadr potensialının formalaşmasına zəmin yaradır. Təhsil eksperti Elçin Əfəndi də bildirir ki, dövlət başçısının qeyd etdiyi dəyişikliklər tədris proqramlarında, xüsusilə tam orta təhsil müəssisələrində süni zəka ilə bağlı mövzulara yer verilməsini nəzərdə tutur: “Eyni zamanda ibtidai təhsil pilləsində həm informatika, həm də həyat bilgisi dərsliklərində rəqəmsallaşdırma, süni zəka və süni zəka alətləri ilə bağlı məlumatlar daxil edilə bilər. Artıq informasiya texnologiyaları və süni zəka bütün sahələrə nüfuz edir və yeni nəsil bu istiqamətdə daha dərindən biliklərə sahib olmalıdır". Digər vacib məqam əmək bazarının tələbləri ilə bağlıdır. Qlobal iqtisadiyyat getdikcə daha çox rəqəmsal bacarıqlara əsaslanır. İstər dövlət sektorunda, istərsə də özəl sektorda məlumatların idarə olunması, rəqəmsal platformalardan istifadə və onlayn kommunikasiya əsas kompetensiyalara çevrilib. Azərbaycan qeyri-neft sektorunun inkişafını prioritet elan etdiyi bir şəraitdə İT, startap və innovasiya ekosisteminin gücləndirilməsi üçün təhsil sistemində rəqəmsal savadlılıq əsas fundament rolunu oynayır. Pandemiya dövrü rəqəmsal təhsilin əhəmiyyətini xüsusilə aydın şəkildə göstərdi. Onlayn dərslərə keçid zamanı texnoloji imkanlara malik məktəblər və müəllimlər daha çevik adaptasiya olundular. Bu təcrübə göstərdi ki, rəqəmsal bacarıqların zəif olması təhsildə fasilələr və keyfiyyət problemləri yarada bilər. Deməli, gələcəkdə oxşar fövqəladə hallara hazır olmaq üçün rəqəmsal infrastruktur və bacarıqlar sistemli şəkildə inkişaf etdirilməlidir. Rəqəmsal biliklərin aşılanması eyni zamanda sosial bərabərliyin təmin olunmasına da töhfə verir. Regionlarda yaşayan şagirdlərin keyfiyyətli təhsil resurslarına çıxışı məhdud ola bilər. Lakin internet və rəqəmsal platformalar vasitəsilə onlar paytaxt və ya xarici ölkələrin təhsil materiallarına çıxış əldə edə bilirlər. Bu isə təhsil imkanlarının daha ədalətli bölüşdürülməsinə şərait yaradır.

Rəqəmsal savadlı və innovativ düşüncəyə malik nəsil…

Bununla yanaşı, rəqəmsal savadlılıq yalnız texniki bacarıqlarla məhdudlaşmamalıdır. Şagirdlərə informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, şəxsi məlumatların qorunması və rəqəmsal etik davranış qaydaları da öyrədilməlidir. Sosial şəbəkələrin geniş yayılması fonunda dezinformasiya ilə mübarizə aparmaq üçün media savadlılığı da rəqəmsal təhsilin ayrılmaz hissəsinə çevrilməlidir.

Ali təhsil müəssisələrində isə rəqəmsal transformasiya elmi-tədqiqat fəaliyyətinin keyfiyyətini artırır. Bu arada onu da qeyd edək ki, ölkənin ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq səviyyəli intensiv təhsil proqramı olan “IT SkillSprint”in açılış mərasimi keçirilib. Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Ironhack” tədris şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir. Proqrama müxtəlif ali təhsil müəssisələrinin 3-cü kursunun II yarımilində təhsil alan, universitetə 400 və daha yüksək balla qəbul olunmuş 123 tələbə seçilib. İştirakçıların seçim prosesi qeydiyyat, baza biliklərini qiymətləndirən test imtahanı və müsahibə mərhələlərindən ibarət olub.

Proqram data analitikası və süni intellekt, kibertəhlükəsizlik, veb proqramlaşdırma və DevOps istiqamətlərini əhatə edir. O da mühümdür ki, elektron kitabxanalar, beynəlxalq elmi bazalara çıxış və onlayn əməkdaşlıq platformaları Azərbaycan universitetlərinin qlobal akademik məkana inteqrasiyasını sürətləndirir. Bu isə ölkənin elmi potensialının güclənməsinə və beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşmasına müsbət təsir göstərir. Eyni zamanda, dövlət və özəl sektor arasında əməkdaşlıq rəqəmsal təhsilin inkişafında mühüm rol oynaya bilər. Texnologiya şirkətlərinin məktəblərlə birgə layihələr həyata keçirməsi, startap inkubasiya proqramlarının təşkili və tələbələr üçün praktiki təcrübə imkanlarının yaradılması innovativ düşüncənin formalaşmasına xidmət edir. Ümumiyyətlə, Azərbaycan təhsilində rəqəmsal biliklərin aşılanması ölkənin gələcək inkişaf strategiyasının əsas sütunlarından biridir. Bu proses yalnız texniki avadanlıqların alınması ilə məhdudlaşmamalı, həm də kurikulumların yenilənməsi, müəllim hazırlığı və rəqəmsal mədəniyyətin formalaşdırılması ilə müşayiət olunmalıdır. Rəqəmsal savadlı və innovativ düşüncəyə malik nəsil yetişdirmək Azərbaycanın qlobal rəqabət qabiliyyətini artıracaq və ölkənin davamlı sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək. O da faktdır ki, qlobal rəqəmsal transformasiya təhsil sisteminin məzmun və strukturunda ciddi dəyişikliklərə səbəb olub.

Samirə SƏFƏROVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "daha uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ