Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin bir bölməsinə "UPA Qəhrəmanları" (Ukrayna Üsyançı Ordusu) adını vermək qərarı Polşada sərt reaksiyalara səbəb olub.
Zelenski bu qərarı "tarixi ənənələrin dirçəlişi", Polşa siyasətçiləri isə qalmaqal adlandırıblar. Polşa prezidenti Karol Navrotski Zelenskinin əvvəllər aldığı dövlət medalının geri alına biləcəyini deyib, daha çox Ukraynayönlü mövqe tutan Polşanın Baş naziri Donald Tusk isə qərarı tənqid etsə də, daha ehtiyatlı bir tondan istifadə edib.
İki ölkə arasında mübahisənin mərkəzində Polşada tarixi cəhətdən həssas məsələ olan UPA-nın mirası dayanır.
Polşa tərəfi təşkilatın xüsusən də 1943-1944-cü illərdə, Volın və Qalisiya bölgələrində on minlərlə polyakın ölümünə görə məsuliyyət daşıdığını bildirir, Ukraynada isə bəzi dairələr UPA-nı Sovet və nasist qüvvələrinə qarşı mübarizə aparan müstəqillik hərəkatı kimi görürlər.
Tahir TAĞIYEV