Daniel İoannisyan və başqaları seçkiqabağı dövrdə Vətəndaş Müqaviləsi partiyası və Nikol Paşinyanla əlaqəli "Mənim Addımım" fondunun xeyriyyə fəaliyyətinə qoyulan qadağanı pozması ilə əlaqədar Anna Hakobyana qarşı məhkəmə iddiaları qaldıracaqlar. Bu barədə bu ölkənin Pastinfo saytı xəbər verir. Xəbərdə bildirilir ki, "Müstəqil Observer", seçkiqabağı dövrdə qüvvədə olan qanunvericilik qadağasına baxmayaraq, Vətəndaş Müqaviləsi partiyası və şəxsən Nikol Paşinyanla əlaqəli "Mənim Addımım" fondunun xeyriyyə fəaliyyətləri ilə bağlı problemləri sənədləşdirib. O, Anna Hakobyanın 15 fərqli maddə üzrə məsuliyyətə cəlb edilməsini tələb edərək inzibati məhkəməyə iddia qaldırdığını açıqlayıb.
SAMİRƏ