İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafın rəhbərlik etdiyi yüksək səviyyəli İran nümayəndə heyətinin Dohaya son səfəri Tehran üçün diplomatik nəticə verməyib. Məlumata əsasən, İran ABŞ ilə mümkün anlaşma çərçivəsində 12 milyard dollarlıq dondurulmuş aktivlərin dərhal azad edilməsini tələb edib. Lakin Qətər tərəfi bu tələbi qəbul etməyib. Bildirilir ki, Doha yalnız vəsaitlərin məhdud şəkildə və sərt şərtlərlə istifadəsinə razılıq verə biləcəyini bildirib. Qətər tərəfi vəsaitlərin birbaşa köçürülməsi və ya nağd şəkildə verilməsinə qarşı çıxıb. Alternativ olaraq həmin vəsaitlərin Qətər bazarında zəruri malların alınması üçün kredit mexanizmi ilə istifadəsi təklif olunub.
İRADƏ