İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri İbrahim Əzizi, Rusiya və Çinin Hörmüz boğazında xüsusi münasibət görəcəyini və əlverişli şərtlərdən faydalanacaqlarını bildirib.
Əzizi boğazın İran üçün xüsusi geosiyasi əhəmiyyətə malik olduğunu deyib: "Hörmüz boğazı bizim ərazi sularımızın və coğrafiyamızın bir hissəsidir. Buna görə də İranın boğazla bağlı uyğun hesab etdiyi qərarı vermək hüququ var. Heç kim bu hüququ şübhə altına ala bilməz".
Əzizi Rusiya və Çinin həmişə İranı dəstəklədiyini bildirib: "Çin və Rusiya da daxil olmaqla, bizim üçün strateji əhəmiyyət kəsb edən dövlətlər Hörmüz boğazı ilə bağlı xüsusi münasibət görəcək və əlverişli şərtlərdən faydalanmağa davam edəcəklər".
Tahir TAĞIYEV