Rusiya Ermənistandan gətirilən 64,5 milyon şüşə "Cermuk" markalı mineral suyun satışını dayandırıb. Səbəb mineral suyun tərkibində sağlamlığa zərərli ola biləcək maddələrin olması göstərilib.
"Cermuk" suları ilə bağlı ehtiyat tədbiri barədə açıqlama yayan Rusiyanın Baytarlıq və Fitosanitariya Nəzarət Federal Xidməti (“Rosselxoznadzor”) bu mineral sularda sağlamlığa zərərli ola biləcək maddələrin aşkarlandığını bildirib: "Rospotrebnadzor Ermənistanın “Jermuk” şirkətinin istehsal etdiyi 64,5 milyon şüşə mineral suyun Rusiya ərazisində satışını dayandırmaq üçün müvafiq orqanlara təlimat göndərib".
Bundan başqa, Rusiya Ermənistandan pomidor, xiyar və çiyələk idxalına da məhdudiyyətlər qoyub. “Rosselxoznadzor” müəyyən edilmiş fitosanitariya pozuntularına görə, bu gündən etibarən Ermənistandan müəyyən növ meyvə-tərəvəz məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq eyməyə başlayıb.
Qeyd olunur ki, Ermənistandan Rusiyaya tərəvəz tədarükünə qoyulan məhdudiyyətlər daxili bazara təsir etməyəcək, çünki onların Rusiya idxalında payı cüzidir.
Tahir TAĞIYEV