İran Silahlı Qüvvələri Hörmüz boğazından keçən gəmilər üçün yeni bir xəbərdarlıq yayıb. Ölkənin müharibə idarəçiliyindən məsul olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı tərəfindən yayımlanan açıqlamada boğazın idarəçiliyinin tamamilə İran Silahlı Qüvvələrinin nəzarəti altında olduğu vurğulanıb.
Açıqlamada Hörmüz boğazından istifadə edən bütün kommersiya və mülki gəmilərin yalnız təyin olunmuş dəniz dəhlizlərindən keçə biləcəyi və gəmilərin İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrindən lazımi icazələri alması tələb olunduğu qeyd edilir.
İran hökuməti müəyyən edilmiş qaydalara əməl edilməyəcəyi halda gəmilərin keçid təhlükəsizliyinin ciddi risq altında olacağını iddia edib. Açıqlamada boğazda qaydalara zidd hərəkət edən elementlərə qarşı sərt xəbərdarlıqlar da yer alıb.
Xüsusilə xarici hərbi gəmilərə diqqət çəkən İran, Hörmüz boğazının idarə olunmasına müdaxilə etməyə və ya dəniz nəqliyyatını pozmağa cəhdlər ediləcəyi halda, sözügedən hərbi gəmilərin hədəf ala biləcəyini bildirib.
Tahir TAĞIYEV