Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial media hesabında Avropa ölkələrini hədəf alan açıqlamalar verib.
Medvedev bildirib ki, Avropa Birliyi (AB) vətəndaşları "ehtiyatlı olmalı" olmalıdır: "AB ölkələrinin vətəndaşları, hakimiyyətinizin Rusiya ilə birtərəfli müharibəyə girdiyini başa düşməlisiniz. Buna görə də heç nəyə təəccüblənməyin...
Sakit yuxu dövrü bitdi. Amma bunun səbəbini kimdən soruşacağınızı bilirsiniz".
Xatırladaq ki, Rumıniya Müdafiə Nazirliyi dünən Rusiyanın Ukraynaya gecə hücumları zamanı bir rus pilotsuz təyyarəsinin onun hava məkanına girərək bir yaşayış binasına çırpıldığını və iki nəfərin yaralandığını açıqlayıb. Rumıniya hadisə ilə bağlı iki F-16 qırıcı təyyarəsinin və bir IAR-330 SOCAT helikopterinin havaya qalxdığını və ərazidəki sakinlərə xəbərdarlıq mesajları göndərildiyini açıqlayıb.
Rumıniya prezidenti Nikusor Dan isə Rusiyanın Konstansadakı baş konsulunun "persona non qrata" elan edildiyini və Rusiyanın Konstansadakı baş konsulluğunun bağlanacağını açıqlayıb.
Tahir TAĞIYEV