Cümə günü, 06 noyabr 2026
     

Bakı ətraf mühit üzrə böyük dünya tədbirinə ev sahibliyi edəcək...

Image


Azərbaycanda ətraf mühitin mühafizəsi, təbii resursların-havanın, suyun, torpağın, flora və faunanın qorunması, çirklənmənin qarşısının alınması və ekoloji tarazlığın bərpası üçün ardıcıl tədbirlər görülür.

Bu tədbirlər insan fəaliyyətinin təbiətə mənfi təsirini minimuma endirməklə, sağlam mühiti və resursları gələcək nəsillər üçün saxlayıb çatdırmağı hədəfləyir. Təbii ehtiyatların qorunması ən vacib məsələlərdən biridir ki, burada su hövzələrinin, meşələrin və torpağın çirklənmədən və məhvolmadan mühafizəsindən söhbət gedir.

Çirklənmənin qarşısının alınması o zaman effektiv olur ki, hava, su və torpağa atılan zərərli tullantıların azaldılması baş versin.

Təbiəti sevmək, onu qorumaq və gələcək üçün davamlı bir dünya yaratmaq üçün hər kəsin məsuliyyət daşıdığı bir prosesdir.

Bu gün bütün dünyada ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzindədir. Bununla bağlı layihələr icra olunur, proqramlar, tədbirlər həyata keçirilir.

Azərbaycan belətədbirlərə dəfələrlə ev sahibliyi edib. 2024-cü ildə Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) olduqca uğurlu oldu və dünya üçün mühüm əhəmiyyət daşıyan bir sıra qərarlar qəbul olundu.

2026-cı ildə Azərbaycan ekoloji sahədə növbəti bir beynəlxalq tədbirə ev sahibliyi edəcək. 5 iyun 2026-cı ildə Azərbaycanda Ümumdünya Ətraf Mühit Günü keçiriləcək. Qeyd edək ki, 2024-cü ildə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) İcraçı direktoru İnger Andersenin Bakıya rəsmi səfəri çərçivəsində UNEP və Azərbaycan Respublikası tərəfindən 2026-cı ildə ölkədə Ümumdünya Ətraf Mühit Gününün keçiriləcəyi elan edilib.

5 iyun 2026-cı il tarixində Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü ətraf mühit ilə bağlı əməkdaşlığı və məqsədyönlü fəaliyyəti ehtiva edən ən böyük qlobal platformadır.

Xatırladaq ki, “Ümumdünya Ətraf Mühit Günü” 1972-ci ildə Stokholmda keçirilən BMT konfransında təsis olunub və dünyanın ən geniş miqyaslı ətraf mühit kampaniyasıdır. İlk dəfə 1973-cü ildə qeyd olunmağa başlayan bu gün artıq 150-dən çox ölkədə milyonlarla insanı birləşdirən qlobal platformaya çevrilib. Bu platforma vasitəsilə fərdlər, hökumətlər, bizneslər və təşkilatlar ətraf mühitin qorunması istiqamətində fəaliyyətlərini geniş ictimaiyyətlə bölüşür və iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması, hava və su ehtiyatlarının mühafizəsi kimi məsələlərə diqqəti artırırlar.

1972-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən təsis edilmiş Ümumdünya Ətraf Mühit Günü bəşəriyyət və planetimiz üçün ekoloji tərəqqinin sürətləndirilməsi naminə reallaşdırılan bütün fəaliyyət və tədbirlərdə istər əyani, istərsə də onlayn formatda iştirak edən milyonlarla insan tərəfindən qeyd olunur. 2026-cı ildə Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Ətraf Mühit Günü çərçivəsində əsas diqqət iqlim dəyişmələri ilə bağlı məsələlərə yönəldiləcək.

Mətbuatda gedən fikirlərdən də aydın görsənir ki, yer kürəsinin demək olar, hər bir guşəsində olduğu kimi, iqlim dəyişmələri və ekoloji deqradasiyasının təsirləri Azərbaycandan da yan keçməyib. Ümumdünya Ətraf Mühit Günü, bütün dünyaya ümid etməyə milyonlarla səbəb təqdim edərək bu təsirlərin qarşısını almağa yönəlib. 2024-cü ildə Azərbaycan BMT-nin İqlim dəyişmələri üzrə konfransına ev sahibliyi edib, bərpa olunan enerji resurslarını artırmaq, meşə ərazilərini genişləndirmək və ən müasir texnoloji imkanlar sayəsində tullantı səviyyəsini azaltmaq əzmi ortaya qoyub və bu istiqamətdə də proseslər gedir.

Rəsmi olaraq qeyd olunub ki, Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi etmək yaşıl dünya naminə həmrəyliyimizə əsaslanan təbii seçimdir.

Ekspertlər deyirlər ki, son bir neçə ildir, dünya ölkələri iqlim dəyişmələri, təbiətin məhv olması və ətraf mühitin çirklənməsi və tullantılar kimi üç amilin törətdiyi planetar böhranı həll etmək naminə həmişəkindən daha sıx əməkdaşlıq edir.

BMT-nin 2022-ci ildə keçirilmiş Biomüxtəliflik Konfransı (COP15) hazırda icra olunan və 2030-cu ilə qədər ətraf mühitin deqradasiyasını dayandıraraq təbiəti bərpa etməyi nəzərdə tutan mühüm Qlobal Biomüxtəliflik Konsepsiyasının qəbulu ilə başa çatmış, dünya ölkələri açıq dənizlərdə biomüxtəlifliyi qorumaq üçün tarixi əhəmiyyət kəsb edən beynəlxalq saziş imzalamışlar.

İnger Andersen Bakı səfərində qeyd edirdi: “Dünya hökumətləri, şirkətlər, vətəndaş cəmiyyəti və insanlar qazıntı yanacaqları dövrünə son qoyulması, deqradasiyaya uğramış təbiətin bərpası, çirklənmə səviyyəsinin azaldılması və daha sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunması da daxil olmaqla, bəşəriyyəti dəyişiklik etməyə çağırır. Ümumdünya Ətraf Mühit Günü qlobal səyləri bir araya gətirmək üçün vahid platformadır. Ümid edirəm ki, 2026-cı ildə keçiriləcək Ümumdünya Ətraf Mühit Gününə qədər iqlim böhranı ilə bağlı irəliləyişə nail olmaq üçün Azərbaycan Respublikası ilə birgə işləyə biləcəyəm”.

Qeyd edək ki, 2025-ci ildə Ümumdünya Ətraf Mühit Günü Koreya Respublikası tərəfindən keçirilib və ətraf mühitin plastik materiallarla çirkləndirilməsinə son qoymaqla bağlı məsələlərə həsr olunub. 2024-cü ildə keçirilmiş Ümumdünya Ətraf Mühit Gününə Səudiyyə Ərəbistanı Krallığı ev sahibliyi etmişdir; tədbirdə əsasən torpaqların rekultivasiyası, səhralaşma və quraqlığa davamlılıqla bağlı məsələlərə diqqət ayrılmışdır.

Azərbaycan dövlətinin ev sahibliyi edəcəyi bu qlobal tədbir ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi və plastik çirklənmə ilə mübarizə sahəsində fəaliyyətləri daha da sıx birləşirəcək.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ