İran Buşehr nüvə elektrik stansiyasına endirilən zərbə barədə MAQATE-ni məlumatlandırıb. Agentlik bu barədə X-də məlumat verib.
"İran MAQATE-yə çərşənbə axşamı Buşehr nüvə elektrik stansiyası ərazisinə mərmi düşməsi barədə məlumat verib. Stansiyaya dəyən ziyan və ya personal arasında itki barədə heç bir məlumat verilməyib. Baş direktor Rafael Qrossi nüvə qəzası riskinin qarşısını almaq üçün münaqişə zamanı maksimum təmkinli olmağa çağırışını təkrarlayır", - deyə bəyanatda bildirilir.
SAMİRƏ