Səudiyyə Ərəbistanının Ciddə limanı yaxınlığında 28 fevralda başlayan ABŞ-İsrail hücumlarının bir hissəsi olaraq Qırmızı dənizdə dəstək missiyası həyata keçirən USS Gerald R. Ford təyyarədaşıyan gəmisində yanğın baş verib.
"The New York Times" qəzetinin məlumatına görə, təhlükəsizlik səbəblərindən danışan adları açıqlanmayan hərbi rəsmilər və dənizçilər 12 martda gəminin əsas camaşırxanasında başlayan yanğının söndürülməsi 30 saatdan çox vaxt aparıb. Onlar həmçinin iddia ediblər ki, yanğında çarpayıları zədələnən 600-dən çox dənizçi və heyət üzvü o vaxtdan bəri yerdə və masaların üzərində yatır və gəmi 24 saat uçuş əməliyyatları aparır. İki rəsminin sözlərinə görə, yanğın gəminin camaşırxanasındakı qurutma maşınındakı ventilyasiyadan qaynaqlanıb.
Hərbi rəsmilər bildiriblər ki, bu ilin əvvəlində Virciniya ştatındakı Newport News Hərbi Dəniz Gəmiqayırma Zavodunda gəmi üçün planlaşdırılan genişmiqyaslı baxış və təmir işlərinin təxirə salınıb. Başqa bir hərbi rəsmi iddia etdi ki, ABŞ Müdafiə Nazirliyinin USS George H.W. Bush gəmisi Yaxın Şərqə göndərilməyə hazırlanır və çox güman ki, o Fordu əvəz edəcək.
Gəminin heyəti isə iddia edib ki, onların burada vəzifə müddətinin may ayına qədər uzadılacağı barədə məlumat verilib. Heyətin vəzifəsinin bu tarixə qədər uzadılması onların dənizdə bir keçirməsi demək olacaq. Digər tərəfdən, bu qərar təyyarədaşıyan gəmi üçün normal vəzifə müddətinin ikiqatından çox olan olacağı deməkdir.
Tahir TAĞIYEV