İran ABŞ və İsrail tərəfindən neft emalı zavodlarını hədəf almasının ardından Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdəki ABŞ-la əlaqəli neft obyektlərini vuracağı ilə hədələyib.
İran əvvəllər enerji infrastrukturları hədəfə alınacağı təqdirdə eyni şəkildə cavab verəcəyini açıqlamışdı. ABŞ və İsrailin Cənubi Parsdakı qaz emalı zavodlarına hücumundan sonra təhdidlərini yeniləyən Tehran, Körfəzdəki enerji obyektlərini hədəf alacağını bəyan edib.
Xatırladaq ki, bir az əvvəl İranın Buşehr əyalətində yerləşən və dünyanın ən böyük təbii qaz yatağı kimi tanınan Cənubi Pars qaz emalı zavodlarına raket zərbələri endirilib. Bildirilib ki, Cənubi Pars qaz emalı zavodlarının üçüncü, dördüncü, beşinci və altıncı fazalarındakı bəzi saxlama çənləri vurulub. ərazidə güclü partlayış baş verib və ardınca yanğın başlayıb.
Tahir TAĞIYEV