ABŞ-ın Bağdaddakı səfirliyinə hücum olub. Bildirilir ki, səfirliyə üç pilotsuz uçuş aparatı (PUA) hücum edilib.
Səfirliyin hava hücumundan müdafiə sistemi iki PUA-nı havada məhv edib, üçüncüsünün isə səfirliyin divarına dəydiyi bildirilir. Səfirlik ərazisinin ətrafında yanğın baş verib.
Bağdad Beynəlxalq Hava Limanına da PUA-lar hücum edib. Hava limanının hava hücumundan müdafiə sistemləri Diplomatik Dəstək Mərkəzinə doğru gedən bir PUA-nı məhv edib.
İtki və ya ziyan olmasa da, PUA-lardan birinin düşdüyü yerdə yanğın baş verib.
Tahir TAĞIYEV