İsrail ordusu İran İnqilab Keşikçiləri Korpusunun Bəsic Qüvvələrinin komandiri Qulam Rza Süleymaninin dünən Tehranda hava hücumunda öldürüldüyünü iddia edir.
İsrail Müdafiə Qüvvələrinin yazılı açıqlamasında deyilir:
"Hərbi Kəşfiyyat İdarəsinin dəqiq kəşfiyyat məlumatlarına əsasən hərəkət edən Hərbi Hava Qüvvələri dünən Tehranın mərkəzində hədəfə zərbə endirərək son altı il ərzində Bəsic komandanı olmuş Qulam Rza Süleymanini öldürüb. Bəsic qüvvələri İran Silahlı Qüvvələrinin bir hissəsidir. İranda, xüsusən də son zamanlar şiddətlənən etirazlar zamanı Süleymaninin komandanlığı altındakı Bəsic qüvvələri zorakılıq, genişmiqyaslı həbslər və mülki etirazçılara qarşı güc tətbiqi ilə bağlı genişmiqyaslı repressiya əməliyyatları həyata keçirib".
İsrail mediası Süleymaninin Bəsic tərəfindən bu yaxınlarda qurulmuş çadır düşərgəsində hədəfə alındığını bildirib.
Tahir TAĞIYEV