Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinə işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyindən bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirakı, habelə bəzi ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
ZÜMRÜD